Cümə , İyul 19 2019
Ana səhifə / “Elə hoqqa yoxdur ki, ondan çıxmayım” – Aygün Kazımova

“Elə hoqqa yoxdur ki, ondan çıxmayım” – Aygün Kazımova

Xalq artisti Aygün Kazımova yeni imicindən danışıb. “Qafqazinfo”nun məlumatına görə, saçılarını mavi rəngə boyayan müğənni “Onlar” verilişinə açıqlamasında xarici ulduzlara bənzədilməsinə münasibət bildirib:

“2001-ci ildə ilk dəfə saçlarımı göy rəngə boyamışam, yəni dünya ulduzlarını qabaqlamışam. Bu rəng bu il dəbdir, həm də riskli rəngdir. Hər adama yaraşmaz. Elə rəng yoxdur ki, saçımı boyamayım. Elə hoqqa yoxdur ki, ondan çıxmayım”.

Xalq artisti həmkarı Faiq Ağayevdən küsdüyünü də etiraf edib:

“Bəzən Faiqdən inciyirəm, o dəqiqə onu sosial şəbəkədə blok edirəm. Faiq dostuna qarşı çox diqqətlidir, incə məqamlar isə xətrinə dəyir. Keçən günlərdə tədbirdə qarşılaşdıq. Onu görən kimi blokdan çıxardım. Bəzən kimlərisə tərifləyir, qısqanıram”.

 

Həmçinin oxuyun

Güclü külək, leysan yağışları və dolu Gürcüstanda ciddi problemlər yaradıb

Güclü külək, leysan yağışları və dolu Gürcüstanda yenidən ciddi problemlər yaradıb. AZƏRTAC xəbər verir ki, …

Bir cavab yazın