Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / Dollara tələbat yenidən artacaq – Ekspert

Dollara tələbat yenidən artacaq – Ekspert

“Dekabr ayında dollara tələbin artacağı gözlənilir”.

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov manatın məzənnəsinin yaxın zamanlarda daha da möhkəmlənməsini şərh edərkən bildirib. Onun sözlərinə görə, həmin ay idxalın artması, dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərini yerinə yetirməsi və xarici səfərlərin sayının artması dollara tələbi artırır: “Bunun manatın məzənnəsinə necə təsir göstərəcəyi birbaşa Mərkəzi Bankdan asılı olacaq. Mərkəzi Bank indidən dekabr ayında artan tələbə hazır olmalıdır”.

Vüqar Bayramov qeyd edib ki, Mərkəzi Bankın uçot stavkasını dəyişməməsi onun mövcud status-kvotanı saxlamaq istəyi kimi də dəyərləndirilə bilər: “Son aylar bankların milli valyuta üzrə depozit faiz dərəcələrini azaltması manatla əmanətlərin həcmininə təsir göstərə bilər. İlin əvvəlində manatla əmanətlərə 15-18 faiz divident təklif edən banklar artıq milli valyutanı 10-12 və hətta bəziləri bir rəqəmli faizlə cəlb edirlər. Mərkəzi Bankın uçot stavkasının dərəcəsinə toxunmamasının səbəblərindən biri də depozitlərin strukturunda manatla yığımların artırımını davam etdirmək məqsədidir. Manatın məzənnəsinin necə dəyişəcəyinə gəldikdə isə son aylar təşkil edilən hərracların nəticələri göstərir ki, Mərkəzi Bank milli valyutanın daha da möhkəmlənməsində deyil, mövcud məzənnəsinin qorunub saxlanmasında maraqlıdır. Bəzi hərraclarda satışa çıxarılan dolların yarıdan çoxunun satılmamamasına baxmayaraq Mərkəzi Bank rəsmi məzənnəni, demək olar, dəyişməməsi də məhz bu istəkdən xəbər verir. Baş Bankın son açıqlamasında da manatın məzənnəsinin həmçinin ixrac imkanları və iqtisadiyyatın diversifikasiyası aspektindən qiymətləndirilməsi də ondan xəbər verir ki, Mərkəzi Bank bahalı manatda maraqlı deyil. Çünki möhkəm milli valyuta bahalı ixrac deməkdir. Bahalı ixrac məhsullarının isə rəqabət imkanları məhdud olur. Əslində, biz hələ 2015-ci ildə ərzaq idxalının birbaşa və ya dolayı subsidiyalaşması və eləcə də xarici valyutalardakı kreditlərə güzəştin tətbiq edilməsi yolu ilə manatın bazar məzənnəsinin müəyyənləşdirilməsini təklif edirdik. Bu ixrac imkanlarının artırılması baxımdan daha məqbul olardı”.

Vüqar Bayramov vurğulayıb ki, hətta dollara tələb azalsa da belə Mərkəzi Bankın manatı daha da bahalaşdıracağı gözlənilən deyil: “Kursa gəldikdə isə prosesə təsir göstərmək imkanlarına malik əsas qurum yenə də Mərkəzi Bankdır”.

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …

Bir cavab yazın