Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Diqlas”ın önündə DYP-sürücü davası: xəsarət alan var – FOTOLAR

“Diqlas”ın önündə DYP-sürücü davası: xəsarət alan var – FOTOLAR

“8-ci kilometr bazarı”nını yaxınlığındakı “Diqalas” alış-veriş mərkəzinin önündə DYP-nin evakuasiya xidmətinin əməkdaşları ilə sürücülərin arasında əlbə-yaxa dava-dalaşla müşayiət olunan insident baş verib.
“Yeni Müsavat”ın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, davanın səbəbi ticarət mərkəzinin qarşısında avtomobillərin saxlanılması üçün nəzərdə tutulan meydançadan yol polisinin evakutor maşınları ilə avtomobilləri cərimə meydançasına aparmaq istəməsi olub. Sürücülər buna etiraz ediblər. Nəticədə münaqişə yaranıb və əsəbləri tarıma çəkilmiş tərəflər arasında əlbə-yaxa dava düşüb.
Əməkdaşımızın verdiyi xəbərə görə, evakuasiya xidmətinin əməkdaşlarından biri etiraz edən sürücünü (onların adını hələlik dəqiqləşdirmək mümkün olmayıb) möhkəm döyüb. Ciddi bədən xəsarəti alan sürücünün halı pisləşib və üstünə təcili tibbi yardım briqadası çağırılıb.
Daha sonra ətrafa çoxlu adamlara yığılıb və hadisə yerinə cəlb edilmiş polis qüvvələri tamaşaçıları olay yerindən uzaqlaşdırmağa çalışıblar.
Əməkdaşımız xəbər verir ki, hadisə yerinə artıq ikinci təcili yardım maşını da çağrılıb. Döyülən şəxs “Nissan-Sanni” markalı avtomobilin sürücüsüdür. Evakuasiya xidmətinin əməkdaşları döyülən sürücünün xəstəxanaya aparılmasının qarşısını almağa çalışıblar, bildiriblər ki, heç də onun vəziyyəti ağır deyil. Həkimlər isə xəsarət alanın təcili şəkildə xəstəxanaya aparmağın vacib olduğunu bildiriblər. Bu dəfə həkim briqadası ilə evakuasiya xidməti işçilərinin arasında münaqişə yaranıb.
Reportyorumuz xəbər verir ki, sonda polislər yaralı sürücünü öz maşınlarına qoyaraq polis bölməsinə Nizami rayon Polis İdarəsinin bölmələrindən birinə aparıblar.






Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın