Cümə , Aprel 26 2024
Ana səhifə / “Deyirlər, mənim intim şəkillərim var…” – Əməkdar artist

“Deyirlər, mənim intim şəkillərim var…” – Əməkdar artist

“Heç kimin deyə bilmədiyi çox sözləri mən söyləyirəm. Bu da bəzi insanların xoşuna gəlmir. Dəli deyiləm ki, durduğum yerdə nə gəldi danışam. Deməli, məni qıcıqlandıran bir məqam, haqsızlıq olur ki, cavab verirəm”.

Qafqazinfo”nun məlumatına görə, bu sözləri əməkdar artist Mehriban Xanlarova “ARB TV”də yayımlanan “Şou məkan” verilişinə açıqlamasında deyib.

Aktrisa haqqında yayılan bir çox xoşagəlməz xəbərlərdən danışıb:

“Qərar vermişəm, məndən xəbərsiz haqqımda təsdiqini tapmayan xəbər yayanları məhkəməyə verəcəm. Ən düzünü mən deyərəm. Axı mən heç kəslə kobud danışmamışam. Heç kəs ağ vərəq deyil. Demirəm, mən aydan arı, sudan duruyam. Bu gün əgər mən Mehriban Xanlarovayamsa, özüm gəlib Mehriban Xanlarova olmuşam. Xalqın sevgisini qazanmaq asan deyil.

Bu gün mən xoşbəxt aktrisalardanam ki, məndə xalqın sevgisi var.
Yazırlar ki, Mehribanın intim şəkilləri var. Görmüsüz? Əgər varsa, çıxarın ortaya. Bəzi tamaşaçılar yazının altından təhqirlər yazırlar. Ey yazanlar, sizin yazdıqlarınız mənim vecimə deyil”.

M.Xanlarova çəkildiyi filmlərdəki açıq-saçıq səhnələrdən bəhs edib:

“Sahilsiz gecə”də mən alt geyimimi yuxarı qaldırıram. O filmdə oynamağıma peşman deyiləm. O vaxt demişdilər ki, guya məni və Şahmar Ələkbərovu döyüblər. Heç kim məni döyməyib, söz deməyib.

Dırnaqarası kişiciklərimiz nə yaxşı oturub Türkiyənin bütün seriallarına baxırlar. Orda açıq səhnələr yoxdur bəyəm? Ancaq bu gün mən bir açıq səhnəyə çəkilsəm, adi bir öpüş səhnəsi olsa, yazılanların beş qat artığını yazarlar”.

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın