Cümə , Aprel 26 2024
Ana səhifə / Deputata ağır itki

Deputata ağır itki

Azərbaycan Milli Məclisinin üzvü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP) Qüdrət Həsənquliyevin bacısı Gülövşə Həsənquliyeva vəfat edib.

Bu barədə xəbəri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı sosial şəbəkədəki səhifəsində yayıb. Açıqlamada mərhumənin 3 mərasiminin sabah “Təzəpir” məscidində olacağı bildirilib: “Bacımız Gülövşə Həsənquliyevanı itirdik. “Üç” mərasimi mart ayının 23 Təzəpir məscidin də olacaq. Azərbaycan xalqının ən dəyərli həkimlərindən biri, böyük İNSAN, yüzlərlə insana şəfa verən bacımız Gülövşə Həsənquliyevanı itirdik. Gülövşə bacı tək Həsənquliyevlər ailəsinin itkisi deyil, ümumilikdə Azərbaycan xalqının itkisidir. Allah bacımıza qəni-qəni rəhmət eləsin! Məkanı cənnət olsun”.
Qeyd: Strateq.az saytının kollektivi Gülövşə Həsənquliyevanın vəfatı ilə əlaqədar mərhumun doğmalarına, o cümlədən qardaşı Qüdrət Həsənquliyevə başsağlığı verir, onlara Allahdan səbr diləyir. 
Allah rəhmət eləsin.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın