Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Damla “beh” aldı, amma toya getmədi

Damla “beh” aldı, amma toya getmədi

Tanınmış müğənni Damla toy üçün ev sahibindən “beh” alıb, son anda toya gəlməyib.

“ Azinforum.az ” xəbər verir ki, bu haqda Azxeber.com-a Masallı rayon sakini Elbrus Nurullayev məlumat verib.

Onun dediyinə görə, oğlunun toyunu idarə etmək üçün Damlanın prodüserinə 600 AZN “beh” verib: “İyul ayının 27-də Masallı rayonun Qızılağac kəndində oğlumun toyu oldu. Toyu idarə etməyi müğənni Damlaya tapşırmaq qərarına gəldik. Onun prodüseri ilə danışıb 600 manat “beh” verdik. Ancaq toyun başlamasına bir neçə dəqiqə qalmış hər birimiz şoka düşdük. Müğənninin prodüseri dedi ki, toya gələ bilməyəcəyik”.

Ev sahibi deyir ki, müğənniyə bütün toyu idarə etmək üçün 4 min AZN verəcəklərmiş: “Biz ona bütün toyu idarə etmək üçün 4 min manat verəcəkdik. Toya bir neçə dəqiqə qalmış Damla mərasimə gəlmədi və mən çıxılmaz vəziyyətdə qaldım. Məcbur olub, gedib, başqa müğənni tapdım. Bu mənə çox böyük zərbə oldu”.

Sözügedən sayt məsələ ilə bağlı müğənni Damlanın prodüseri Mehin Əliquliyeva ilə əlaqə saxlayıb. O qeyd edib ki, bu cür hallar bundan öncə də baş verib və ola bilər ki, kimsə müğənninin adından istifadə edib.

Qeyd edək ki, ev sahibi müğənninin prodüseri ilə “whatsapp” yazışmasını da redaksiyaya təqdim edib.

Həmçinin oxuyun

Paşinyan özünü və erməni siyasi elitasını xilas etməyə çalışır

Rəsmi İrəvan döyüş meydanında darmadağın olan ordusunun real vəziyyətindən diqqəti yayındırmaq, öz daxili auditoriyasını sakitləşdirmək …

Bir cavab yazın