Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / DAK tarix deyil, gələcəkdir…

DAK tarix deyil, gələcəkdir…

Önümüzdəki  aprel ayında  Dünya   Azərbaycanlıları  Konqresinin (DAK) növbəti 13-cü  qurultayı keçirələcəkdir.
 Nədənsə  hər qurultay ərəfəsində bəziləri  DAK- ın  “qeydinə” qalmaq  həvəsinə düşürlər. Təəssüf  ki, əsl niyyətləri bu təşkilatın  imicinə  xələl gətirmək və qurultay ərəfəsində ictimaiyyətin diqqətinin başqa istiqamətə yönləndirməkdir. Həm də, bunu edənlər Bakıda, İsveçdə,  daha haralarda isti  yerlərində oturub, 24 saat  milli birlik və  bütövlükdən danışanlardır. Bəlkə də bunları  yazmağıma ehtiyac qalmazdı, lakin  bu günlərdə Cavad Derəxtinin ” Birlik” dərgisinə  verdiyi müsahibəsi   olmasaydı.
Cavad  bəy həmin müsahibəsində DAK-ın artıq  tarix  olduğunu qeyd  edərək,  Dünya Azərbaycanlılarının  yeni  bir  təşkilatının  yaradılması  zərurətindən danışır. Cavad  bəyin məntiqindən belə   çıxır ki, onun  olmadığı  təşkilat da qapanmalıdır. İllərdir  mövcud olan, Cavad bəyin də  dediyi kimi dünyanın ən yüksək  tribunalarından səsi  gələn, Azərbaycan  diasporunun  formalaşmasında və milli  problemlərimizin dünyaya çatdırılmasında xidmətləri olan bir təşkilatı görəsən hansı  niyyətlə artıq  tarixə göndərir. Cavad  bəy  deyir ki, bir zamanlar  DAK- ın  səsi  BMT –nin tribunasından gəlirdi. Bəli, DAK-ın  səsi  BMT –nin  tribunasından,  Avropa  parlamentlərindən, bir  çox  ölkələrin ən yüksək  məclislərindən gəlmişdir, ancaq  Cavad  Derəxtinin vaxtında  yox, indiki  rəhbərliyin vaxtında. 
Ötən   qurultaydan bu günə  qədər  DAK  həmsədrləri  Sabir  Rüstəmxanlı  və Firudun Pərvizniya  ABŞ – dan Doğu  Türküstana  qədər səfərlər  edərək  ən yüksək  səviyyəli qurumlarda  görüşlər  keçirmiş  və  Azərbaycanın  milli məsələləri  ayrı – ayrı ölkələrdə gündəmə  gətirilmişdir. Konqres bu  gün də məqsəd   və  məramı  yolunda durmadan  inamla  fəaliyyət göstərir  və  yaxın  zamanlarda növbəti  qurultayını keçirərək,  daha  da  möhkəmlənərək yoluna davam edəcəkdir.
 DAK,  artıq  ona qarşı  yönəlmiş bu kimi destruktiv  fəaliyyətlərdən çıxaraq özünü bir daha təsdiq etmişdir. Sabir Rüstəmxanlı  və Firudun Pərvizniya  dünən də,  bu gün də hər  kəsə çağırış edərək  DAK- da  birgə  fəaliyyət  göstərməyə və  bu yolda  bir addımlamağa  dəvət edirlər. İnanırıq  ki, növbəti  qurultaydan  sonra DAK daha  güclü və ardıcıl fəaliyyət  göstərəcəkdir.

Həmçinin oxuyun

Azərbaycanda aliment ödəməyən müəllim dərs zamanı həbs edildi – VİDEO

Azərbaycan rəsm müəllimi dərs zamanı polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Unikal.org xəbər verir ki, bu …

Bir cavab yazın