Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Daha bir məktəbli Bilik günündə özünü asdı

Daha bir məktəbli Bilik günündə özünü asdı

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

Bu barədə “Report”a Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, rayonun Gülməmmədli kənd sakini, 12 yaşlı T.Ə. özünü həyətlərindəki yardımçı tikilidə asaraq intihar edib. Hadisə 15 sentyabr – Bilik günündə baş verib. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Bilik günü ərəfəsində İsmayıllı rayonunda da oxşar intihar hadisəsi baş vermişdi. 12 yaşlı məktəbli yeni dərs ilinin başlamasına bir gün qalmış özünü asaraq intihar etmişdi.

Cəlilabad Rayon Polis Şöbəsindən verilən məlumata görə, intihar edən 2003-cü il təvəllüdlü İsmət Qismət oğlu Əsədov özünü yaşadığı evin həyətindəki anbarın çardağından asıb. Yeniyetmənin intihar etməsinə səbəb dərslərin başlamasına bir gün qalsa da ailəsinin ona çanta və köynək ala bilməməsi olub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın