Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / Çingiz Mustafayev ailəsi bir qrup jurnalisti mükafatlandırdı – FOTO

Çingiz Mustafayev ailəsi bir qrup jurnalisti mükafatlandırdı – FOTO

Mükafat alanlar arasında  Azinforum.az  saytı da olub
Avqustun 8-də ANS Şirkətlər Qrupunun rəhbərliyi bir sıra çap və elektron KİV rəhbərləri ilə görüş keçirdi… Batamdarda ANS-çilərə məxsus mənzil-qərərgahda baş tutan görüşdə məqsəd ANS Şirkətlər Qrupunun yaradıcısı olmuş Milli Qəhrəman Çingiz Mustafayevin ad gününə və xatirəsinə həsr olunmuş yazıları ilə fərqlənən KİV-lərin rəhbərliyi ilə canlı görüş və həmin KİV əməkdaşlarının xatirə hədiyyələri ilə mükafatlandırılması idi.
Tədbiri açıq elan edən ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayev media rəhbərlərini salamladı, baş tutan görüşün mahiyyət və məramından danışdı, sonra qonaqlar şam yeməyi ətrafında söhbət və müzakirələrini davam etdirdilər.
Nəhayət, Vahid Mustafayev tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin xatirəsini əziz tutan media rəhbərlərinə dərin təşəkkürünü bildirdi:
“Açığı, Çingizin şəhid olduğu gün ərəfəsində və həmin günlərdə medianı izlədim, çox məyyus oldum, onun xatirəsi çox az media tərəfindən yad edilmişdi. Axı Çingiz bizim ailədə dünyaya gəlmişdi, amma Vətən üçün doğulmuşdu… Lakin ad günündə gördük ki, yox, Çingizin adı və heykəli insanlarımızın qəlbindədir, çoxsaylı media onun xatirəsinə dair yazılar dərc edib. Ailəmiz və ANS-çilər bundan çox təsirləndi, sevindik. Ailəmizin başçısı Fuad müəllim təklif etdi ki, biz həmin media rəhbərlərini dəvət edək, onlara minnətdarlığımızı bildirək. Bu günkü görüşün mahiyyəti də bundan ibarətdir… Dostlarımız həmişə yanımızdadır, bizimlədir. Biz Çingizi itirsək də, Mir Şahini qazandıq, ən böyük təsəllimizdən biri də budur…”.
Sonra ANS-nin vitse-prezidenti Mir Şahin danışdı, Çingiz Mustafayevin qəhrəmanlığından, onun qoyub getdiyi ANS məktəbinin daim yaşayacağından bəhs etdi, Çingiz Mustafayevin xatirəsini əziz tutan hər kəsə minnətdarlıq etdi.
Nəhayət, Vahid Mustafayev media rəhbərlərinin xatirə hədiyyələri ilə mükafatlandırma mərasiminə başladı. Təltif olunanlar sırasında “Təzadlar” qəzeti, Azinforum.az, Virtualaz.orq, Axşam.az, Yeniçağ.az, Mia.az, “Cümhuriyət” qəzeti, Modern.az və digərləri var idi.
Azinforum.az saytının baş redaktoru Məhəmmədəli Qəribli və digər jurnalistlər göstərilən diqqətə görə, Çingiz Mustafayev ailəsinə xüsusi təşəkkürlərini çatdırıblar.
Tədbirdə ANS-in digər üzvləri də iştirak edirdilər. Təşkilatçılıq işlərində Böyük Sevanın zəhməti isə xüsusi mükafata layiq idi…
Tədbirin sonunda Çingiz Mustafayevin atası Fuad Mustafayev media rəhbərlərinə ailəsinin adından dərin təşəkkürlərini yetirdi. “Var olun! …Hər şey yaxşı olacaq!”, – deyən üzü nurlu ağsaqqalın xoş təbəsübü və nikbin baxışları çox mətləblərə bir işarə idi…
Azinforum.az

Həmçinin oxuyun

Rusiya MN Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə məlumat yayıb

Rusiya Müdafiə Nazirliyi Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə məlumat yayıb. APA-nın Moskva müxbirinin məlumatına …

Bir cavab yazın