Şənbə , Aprel 27 2024
Ana səhifə / Çevriliş cəhdi uğurlu olsaydı Türkiyənin xəritəsi yenidən çəkiləcəkdi – Doğu Perinçek

Çevriliş cəhdi uğurlu olsaydı Türkiyənin xəritəsi yenidən çəkiləcəkdi – Doğu Perinçek

Türkiyə 15 iyuldan bəri Fətullahçı Terror Təşkilatına qarşı gerçəkləşdirilən əməliyyatlar haqda danışır.
“Vətən Partiyası”nın lideri Perinçek “ABŞ, TSK daxilindəki ən önəmli “kontrgerilla” qüvvəsini məhv etdi” dedi və yeni tərtiblər gözlədiyini açıqladı.
“Vətən Partiyası”nın lideri Perinçek “Bu bir amerikan çevrilişidir. Çevriliş cəhdi uğurlu olsaydı, Türkiyənin xəritəsi yenidən çəkiləcəkdi” deyib. Fövqəladə vəziyyət üçün də “Təlaşlanacaq bir şey yoxdur. Birliyə ehtiyacımız var” deyə danışıb. Doğu Perinçek “Sözçü” qəzetinə belə açıqlamalar verib:
GÜLLƏ ATMADAN ƏSİR ALMIŞDILAR
Türkiyə-Amerika müharibəsi baş verir. Bu,”Balyoz” və “Ərgənəqon” hərəkatları ilə başladı. Bu baş verənlər ABŞ-ın türk ordusuna hücumları idi. Əsas komandirləri güllə atmadan əsir aldılar. Bu bir müharibə idi. Fətullah Gülən Yüksək Hərbi Şuranın başına prokurorları və vəkilləri ilə keçdi və öz adamlarını irəli apardı. İndi də o adamlar çevrilişə cəhd etdi. AKP də yanlış siyasəti və Fətullahla birlikdə olub TSK-ya qarşı o hərəkata ortaq olduğu üçün mənfi rolda oldu. Amma 2014-cü ildə “Balyoz” və “Ərgənəqon” tərtibi Silivri həbsxanasının divarlarının məhv edilərək ləğv olunması ilə birlikdə Türkiyənin taleyi dəyişdi. FETÖ-nün üstünə yeridik. Ədliyyədən, polisdən təmizlədik, sıra orduya gəldi.
60 İLDİR HAZIRLANAN QÜVVƏ…
ABŞ-ın ən önəmli qüvvəsi TSK daxilindəki silahlı təşkilatıdır. “Qladiyo”, “kontrgerilla” dedik.. 60 ildir Türkiyəyə yerləşdirilən və hazırlanan böyük bir qüvvədirlər. Kritik vəziyyətdə Amerika Birləşmiş Ştatları bu gücü qabağa atdı. O kritik vəziyyətdə Suriyanın şimalında ABŞ ilə Türkiyə qarşı-qarşıya gəldi. ABŞ dəhliz yaradır: Barzaninin hökümətindən Aralıq dənizinin şərqinə qədər.. Burada PKK/PYD dövlətciyi quracaq və Barzani höküməti ilə birləşib Diyarbakırı təhdid edir. Türkiyə də “bu dəhlizi aça bilməzsən” dedi.
SƏRHƏDLƏR DƏYİŞƏCƏK
Çevriliş açıqlamasında bunun işarələri var. Uğurlu olsaydı, Türkiyənin xəritəsi yenidən çəkiləcəkdi. Fətullah və PKK sülhdə razılaşacaq.. Bunlar Amerikanın işlətdiyi anlayışlardır. Amerikanın istədiyi yeni konstitusiyanı hazırlayacaqlarını, məhkəmələri quracaqlarını bildirdilər.
ŞÜBHƏSİZ Kİ, BUNLAR FƏTULLAHÇIDIRLAR
Bizim partiyamızda, “Vətən Partiyası”nda generallarımız, admirallarımız var. Oturub tək-tək araşdırdılar. Dəniz Qüvvələrində nəzarətə alınan, həbs olunan, çevrilişə qarışanlar 100% Fətullahçılardır. TSK-nın içində də 95% bunlardır. Bu mütləq Fətullahçı bir çevrilişdir, şübhə yoxdur.
QORXMAYIN
Fövqəladə vəziyyət qərarı ilə bağlı qorxmayaq. Təlaşlanacaq bir tətbiqat olsa, hamımız birlikdə qarşısını kəsərik. Türkiyənin birliyə, bütövlüyə ehtiyacı var. Xaricdən Amerika təhdid edir. Baş nazir Binali Yıldırım və AKP idarəçiləri bu birlik ehtiyacını görürlər. Zatən görə bilməsələr, Türkiyənin başında qala bilməzlər.
QÜTBLƏŞMƏ DAHA DA CİDDİLƏŞƏCƏK
Suriyanın şimalında ABŞ ilə Türkiyə arasında qütbləşmə daha da ciddiləşəcək. Amerika da əvvəlcə canlı bombalarını göndərdi. Ancaq Türkiyədəki daxili cəbhəni poza bilmədi, uğurlu ola bilmədi, bu dəfə çevrilişə cəhd etdi. Gələcəkdə yenə mənbəyi ABŞ olan və daxili cəbhəni pozmağa çalışan bəzi cəhdlərlə qarşılaşacağıq. Bunları görməliyik, müdaxilə etməliyik.
Mənim üçün əsas olan demokratiya deyil, Vətənin birliyidir. Sıralamaları yenidən hazırlamalıyıq. Bu gün Türkiyənin əsas prinsipi terrordan qurtulmaq, yurdda sülh yaratmaqdır. İkinci prinsip vətənin bütövlüyünə qarşı təhdidləri məhv etmək və üçüncü prinsip isə demokratiya və azadlıqdır.
İŞİD TƏHDİDİ
Amerikanın bir silahıdır. Terakt gözləmək lazımdır. TSK-nın daxilindəki silahlı gücü itirəndə PKK-ları qalıb. O da yarımçıq vəziyyətdədir. Zəifləyib. İŞİD var. Türkiyə cinah dəyişdirir. Atlantikdən qopur və Asiyaya doğru keçir. Atlantik sistemi Türkiyəni böləcək, PKK-nı açıq-aşkar dəstəklədi və bizi borca salmaq istədi. Türkiyənin birinci iqtisadi müttəfiqi Rusiyadır, ikincisi isə Çindir. Enerjini İraq, İran, Azərbaycan və Rusiyadan alırıq. Onsuz da biz həmişə asiyalı olmuşuq. Amma Amerikaya bağlanmışıq. İndi o zəncirləri məhv edirik. (Terefdar.az)

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın