Növbədənkənar parlament seçkilərinin olacağı hansı deputatların prosesdən kənarda qalacağı məsələsini aktuallaşdırıb.
Mətbuatda
müxtəlif iddialar, ehtimallar, siyahılar, adlar açıqlanır, parlamentin
yeni tərkibinə kimlərin düşməyəcəyi proqnoz verilir.
Ekspertlər,
jurnalistlər, sosial şəbəkə istifadəçilər və KİV-lər təqribi siyahılar
tərtib edirlər. Ehtimal edilən siyahıda mandatdan məhrum ediləcək
deputatlardan biri Cavanşir Feyziyev göstərilir.
Şəkidən
olan oliqarx deputat, dərman biznesinin əsas payçısı, “Avromed”in
sahibi C.Feyziyevin bu dəfə millət vəkili olmayacağı bildirilir.
Onun
deputatlıq fəaliyyəti qənaətbəxş sayılmır, seçicilərlə ünsiyyəti,
problemlərinə biganəliyi, parlamentdə passivliyi, az çıxışlar etməsi,
anti-Azərbaycan kampaniyalara, prezidentə qarşı siyasətə cavab verməməsi
nəzərdən qaçırılmayıb. Milli Məclisə enerjili, əsasən gənclərdən ibarət
tərkib lazımdır. Bunu YAP icra katibi Əli Əhmədov da dedi. Deməli,
C.Feyziyev bizneslə məşğul olsa yaxşıdır.
O,
həmin deputatdır ki, “Quska” ləqəbli keçmiş deputat, həbsdə olan Hüseyn
Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın adına
rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi.
C.Feyziyevin
ondan az əvvəl də ölümlə nəticələnən qəzada adı keçmişdi. “Porsche
Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin
sükanı arxasında deputat Cavanşir Feyziyev olubmuş.
AFN.az
yazmışdı ki, onun qarşısına seçim imkanı qoyulub. Deyilib ki, ya böyük
biznes qurumlarından vaz keçməlidir, ya da mandatdan.
İndiyədək
ən böyük dərman firmalarından olan “Avromed”in müəyyən faizinə malik
idisə, növbəti tərkibdə təmsil olunması üçün şirkətdən bütövlükdə vaz
keçməsi gərəkəcək. Cavanşir Feyziyevin seçimi maraqla gözlənilir”.
Araşdırmalar göstərir ki, xüsusən “Avromed” dərman bazarının əsas inhisarçısı, monopolistidir, qiymətlərə ciddi təsir edə bilir.
Bazarda
olan depolar, ayrı-ayrı firmalar müxtəlif təzyiq üsulları ilə
sıxışdırılır, apteklərə mal verən mənbə olaraq yalnız adıçəkilən şirkət
qalır.
“Binə”
deposu deyilən dərman məntəqəsi “Avromed” tərəfindən sıxışdırılır.
Həmin depo apteklərə nisbətə ucuz dərman paylaması ilə fərqlənir.
Bu
da bazarın hökmranı olan “Avromed”in ürəyinə yatmır. Amma “Binə” deposu
ilk belə hədəf seçilən qurban deyil. Bu illər ərzində onlarla belə
dərman idxalçıları “zərərsizləşdirilib”, bazarı tərk eləməli olub.
“Azerimed”
və “Asfarma” kimi iri firmalar da inhisarçılığa görə küncə sıxılırlar.
Hazırda “Avromed”lə yanaşı “Zeytun” da aptekləri dərmanla təmin edir.
Ancaq hələ də onunla başa-baş rəqabət aparmaq iqtidarında deyil.
O səbəbdən də rəqabətsizlik apteklərdə bahalığa, vətəndaşların cibinə uyğun olmayan qiymətlərə gətirib çıxarır.
Hətta 2015-ci ildə prezident İlham Əliyev dərmanların başqa ölkələrlə müqayisədə Azərbaycanda baha olduğunu açıqlamışdı.
Sitat: “Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır və insanlar məcbur olub bu dərmanları alırlar.
Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərindən öyrənilib.
Digər
tərəfdən, dərmanlar var ki, müxtəlif ölkələrdə istehsal olunur. İnkişaf
etmiş ölkələrdə onların qiyməti bahadır. O qədər də inkişaf etməmiş
ölkələrdə o qiymət aşağıdır.
Gedirlər
ən ucuzunu, ən aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən baha
qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir.
Mən burada bu barədə çox danışmaq istəmirəm. Ancaq bu sahədə çox ciddi pozuntular olub və var. Bu pozuntulara son qoyulmalıdır”. //teref.az//
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …