Milli Məsclisdə aktiv deputatlarla bərabər, “lal-dinməz” mandat
sahibləridə var idi. Bu mandat sahibləri sadəcə öz bizneslərinin
toxunulmazlığı üçün parlamendə təmsil olunduqlarını hər kəs bilirdi.
Belələrindən ən öndə gedəni isə adı müxtəlif olaylarda hallanmış Nəriman
Əliyev olub. Həmin Nəriman Əliyev ki, keçmiş MTN”işi”ndən sudan quru
çıxmış, görünməyən güclər sayəsində topdağıtmaz biznesini qorumağı
bacarmışdı.
İxa.az xəbər verir ki, Nəriman Əliyev indidə öz biznesini və dayaqlarını qorumaq üçün, Milli Məslisə yol axtarır.
Beləki,
gücü, qüvvəti yerində olan sabiq deputat öz yerinə deputat seçdirmək
qərarı verib. O, 70 saylı Masallı şəhər Seçki Dairəsindən namizədliyini
verməsədə məşhur adamı sayılan Məhşur Məmmədovu YAP-dan deputat
seçdirir.
Biznesmen
sabiq deputat Nəriman Əliyev əhali arasında çaşqınlıq yaratmaq üçün
digər namizədi həkim kimi tanınan Mirnizam Əliyevin də namizədliyini
YAP- dan irəli sürüdürüb.
Qeyd
edək ki, 70 saylı Masallı Seçki Dairəsindən deputat olmuş Nəriman
Əliyevin müxtəlif qalmaqallarda hallanıb. Onun Masallıda böyük biznes
şəbəkəsi və torpaq sahələri ilə bağlı ilginc məlumatlar var. N.Əliyein
Masallı-Yardımlı magistral yolu ətrafında, təbii şəraiti ilə diqqət
çəkən böyük əraziləri mənimsəməsi rayonda ciddi narazılıqlar və qəzəb
yaradıb. Rayonun ən böyük kəndləri sayılan Ərkivan və Qərbiblər əhalisi
ilə Nəriman Əliyevin arasında ciddi konflikt var. Gələn xəbərlərdə,
yerli camaat Nəriman Əliyevin namizədi Məhşur Məmmədov baykot
edəcəklərini bildirir. Görünən o ki, Masallıda mandat uğrunda aparılan
savaş qadasız,bəlasız ötüşmyəcək…
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …