Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Böyük müharibəyə hazırlıq: “2023-cü ildə genişmiqyaslı…”

Böyük müharibəyə hazırlıq: “2023-cü ildə genişmiqyaslı…”

Azərbaycan və Ermənistan arasında yeni müharibə olacağı iddia olunub.

Amerikanın nüfuzlu “Foreign Policy” nəşri belə iddia ilə çıxış edib.

Nəşrdə çağdaş dünyadakı ən mürəkkəb münaqişələr qismində Ukraynadakı müharibəni, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsini, İran, Yəmən, Efiopiya, Konqo və Pakistandakı vətəndaş qarşıdurmasını və nəhayət, Tayvan ətrafındakı vəziyyətin ən kəskin problemləri kimi göstərilir.

Nəşrin ekspertləri Azərbaycan və Ermənistan sərhədində mövcud vəziyyəti ətraflı şərh edib. 

Onların sözlərinə görə, Ukraynadakı müharibə Cənubi Qafqazda yeni qüvvələr balansına ən çox təsir edib:

“Qarabağ uğrunda müharibənin başa çatmasından iki il sonra Ermənistan və Azərbaycan yeni qarşıdurmaya doğru irəliləyirlər. Rusiyanın Ukraynadakı uğursuzluğu regionla bağlı ilkin planları pozdu. Azərbaycan və Ermənistan arasında yeni qaçılmaz müharibə qısamüddətli, lakin 2020-ci ilin 44 günlük müharibəsindən heç də az dramatik olmayacaq”.

Cebhe.info-ya açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Üçüncü Qarabağ müharibəsinin baş vermə ehtimalları minimaldır:

Ötən ilin sentyabr ayında Ermənistanın təxribatı nəticəsində sərhəddə toqquşmalar oldu. Azərbaycan yalnız bu təxribatlara cavab verərək strateji üstünlüklərə yiyələndi.

Hesab edirəm ki, 2023-cü ildə genişmiqyaslı müharibə və ağır texnikaların tətbiqi ilə yeni müharibə baş verməyəcək. Amma yeni ildə əsas müharibə informasiya cəbhəsində və hüquqi-diplomatik müstəvidə davam etdiriləcək. Biz isə bu müharibəyə hazır olmalıyıq. Bu gün çox az hallarda silahların tətbiq edilməsi ilə müharibələr baş verir. Əsas müharibələr məhz hibrid formada davam etdirilir. Buna görə də müasir dünyanın normativlərinə hazır olmağımız lazımdır”.

Ekspert vurğulayıb ki, Ermənistanda isə hələ də Üçüncü Qarabağ müharibəsini arzulayan revanşist qüvvələr var:

“Hətta belə bir perspektivlə yaşayır və bunun üçün siyasi dəstək axtarırlar. Onların Azərbaycanı günahlandırmaq niyyətləri açıq-aydın şəkildə özünü biruzə verir. Ermənistan tərəfi həm Laçın-Xankəndi yolunda baş verən proseslərlə bağlı, həm də ümumilikdə Azərbaycanı beynəlxalq məhkəmələrə verir. Burada isə özlərinə müəyyən dəstək alacaqlarını proqnozlaşdırırlar. Ermənistanın arxasında olan qüvvələr, xüsusilə Fransa BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı təbliğat aparır. Buna nail ola bilməsələr də, belə bir fəaliyyət zaman-zaman ortaya çıxır”.

Politoloq qeyd edib ki, yeni ildə də bütün dünya azərbaycanlıları vahid amal ətrafında birləşməlidir:

“Düşünürəm ki, qarşıdakı bütün maneələrin öhdəsindən uğurla gələcəyik. Azərbaycanın bütün ərazilərində suverenliyin bərqərar olunması, həm təhlükəsizliyimizin təmin olunması, həm də iqtisadi rifahın dayanıqlı olması baxımından çox böyük məqsədlər qarşıya qoyulub. Bu məqsədlərə 2023-cü ilin sonunadək nail olmalıyıq”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …