Ana səhifə / Şou Biznes / “Kişinin bir gecəlik səhvi xəyanət deyil” – Xalq artisti

“Kişinin bir gecəlik səhvi xəyanət deyil” – Xalq artisti

Xalq artisti Tünzalə Ağayeva xəyanət anlayışı barədə danışıb.

Sənətçi bu haqda “Düzünə qalsa” verilişində söz açıb.

“Siz xəyanət nəyə deyirsiz? Kişinin bir gecə təsadüfən hansısa hərəkətinə? Təsadüfdürsə, xəyanət deyil. İndi kişilər məni alqışlayacaq. Artıq qadın olaraq mən başqa səviyyədən danışıram. Əvvəla, xəyanət evin içinə giribsə, orada öncə münasibətləri araşdırmaq lazımdır. Yox əgər sevgi bitməyibsə, insanlıq halıdır. İnsan səhv edə bilər. Allah icazə verməsə idi, yer üzündə səhv, günah, xəta olmazdı. İdeal insan yoxdur. Burada önəmli bir məsələ var. Qəsdən edibsə, heç. Əgər, bilərəkdən deyil, düşünmədən olubsa, artıq orada hər kəsin yanaşması fərqli olacaq.

Ailə var ki, elementar şeylərdən elə böyük skandal çıxarır, ailələr də var ki, fədakarlıq edərək, elə ciddi məsələlərə dözüblər ki…! Mən dəhşətə gəlirəm ki, ay ana, bu fədakarlıq sənə lazım idi? Sənin ömrün qurban getdi. İkinci dəfə yaşayacaqsan ki, bunları düzəltmək üçün!? Axırda da deyirlər ki, dözməyəydin. Kişilər dəyər, qiymət vermir. Xırda bir şeydən fil düzəldirik, amma ciddi məsələyə niyə dözürsən? Sənə kimsə gətirib ömrünü bağışlamayacaq ki, gəl təzədən yaşa! Belə şey yoxdur!”, – deyə, Ağayeva fikirlərinə əllavə edib.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …