Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Biz mütləq Qərbi Azərbaycana qayıdacağıq! – Prezidentin təltif etdiyi iş adamı

Biz mütləq Qərbi Azərbaycana qayıdacağıq! – Prezidentin təltif etdiyi iş adamı

“Qərbi Azərbaycan İcmasının əsas məqsədi Qərbi azərbaycanlıların təhlükəsiz, ləyaqətli, sülh yolu ilə geriyə qayıtmasını təmin etməkdir. Qarşıda duran hədəflərimizlə bağlı deyə bilərəm ki, əsasən geriyə qayıtmaq məsələsində humanitar, sosial-iqtisadi yardım proqramları təminatını almaqdır. Beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata keçirilməsi üçün çalışırıq”.

Bunu Modern.az-a açıqlamasında Qərbi Azərbaycan İcması” Qəyyumlar Şurasının sədri Mürvət Həsənli icmanın qarşıda duran fəaliyyəti ilə bağlı bildirib.
 

O qeyd edib ki, icma qayıdış prosesində çox fəal rol oynayacaq:
 

“Bu prosesdə maraqlı dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlıq aparmağı hədəfləyirik. Qərbi azərbaycanlıların onlara xüsusi qayğı ilə yanaşmış Azərbaycanla əlaqələri nəzərə alınacaq, qayıdış prosesində həmin şəxslər qovulmadan öncəki yerlərinə qaytarılacaq. Bu hədəflər üçün çalışırıq və eyni zamanda Ermənistan dövləti qarşısında öz proqramımızın qəbul olunmasını istəyirik. Bu məqamda təhlükəsizlik bizim üçün vacibdir, bunun təmin olunması üçün məsələ qaldırırıq”.

M.Həsənli həmçinin Qərbi Azərbaycan adət-ənənələrinin qorunması üçün atılan addımlara da toxunub.

“Qərbi Azərbaycan adət-ənənələrinin qorunması ilə bağlı da işlər görülür. İcmamımız bunun üçün illərdir onlarla tədbir keçirib. İndi də Novruz ərəfəsində, özəlliklə rayon icmalarımızda müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdə əsasən adət-ənənələrimiz, mətbəximiz tanıdılır”.

Mürvət Həsənli “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunduğuna görə dövlət başçısına təşəkkürünü çatdırıb:

“Göstərilən diqqətə görə təşəkkürümü bildirirəm. Gələcəkdə biz mütləq Qərbi Azərbaycana qayıdacağıq. Biz buna inanırıq. Cənab Prezident bizimlə görüşdə də bunu bir neçə dəfə vurğulayıb. Biz bunun üçün birlikdə çalışırıq. Bu medalla təltif olunmaq da şərəflidir, gələcək işlərimizdə bir növ stimul rolunu oynayır”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …