Ana səhifə / Aktual / “Votsap” üzərindən göndərilən standart və kütləvi təbrik mesajlarını ehtiram nümunəsi saymaq olarmı?

“Votsap” üzərindən göndərilən standart və kütləvi təbrik mesajlarını ehtiram nümunəsi saymaq olarmı?

Dostlar, sosial şəbəkələrin yaratdığı geniş kommunikasiya imkanları hamıya bəllidir. İnformasiya , xəbər, təbrik ismarıcı bir saniyənin içində minlərlə kilometr uzaqda olan və istənilən sayda olan adama çata bilir. Ancaq bu, o demək deyil ki, biz adət -ənənəmizi korlamalıyıq.

Kiminsə sizə göndərdiyi bir təbrik videosunu siz də, özünüzə əziyyət olmasın deyə , kopyalayıb adı telefonunuzda olanların hamısına “Votsap” üzərindən göndərməyin. Vallah, bunun adı təbrik deyil, bu insanları ələ salmaq, onları dəyərsizləkməkdən başqa nəsə sayılmır…

Qurban bayramında qoyun, Novruzda səməni, şəkərbura şəkillərini və videolarını kütləvi şəkildə bir-birinizə göndərməyin. Kimisə təbrik etmək istəyirsənsə, bu, həqiqətən ürəyindən keçirsə, zəhmət çək 100 kontrundan keç, “Votsap”la yox, adı zəng etməklə ona istəklərini, ürəyindən keçənləri çatdır.

Bax, onda həmin adam edilən təbrikin önəmini, sizin ürəklə bunu etdiyinizi anlayacaq. Mən uşaqlıqdan görmüşəm ki, biz Novruzda doğmalarımızı təbrik etmək üçün həmin adamların evinə pay aparardıq, gedib söhbət edib, deyib-gülüb bayramlaşardıq.

Onlar da payın əvəzində bizə qırmızı alma və ya boyanmış yumurta verib yola salardılar. Təəssüf ki, bu adətlərimiz artıq silinmək üzrədir. Sizi heç kim məcbur etmir ki, bir videonu kopyalayıb kimə gəldi göndərəsiniz. Az adamı təbrik edin, amma bunu
layiqli edin. Bayramınız mübarək olsun!

Məhəmmədəli QƏRİBLİ

Azinforum.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …