Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Bayram şənliyində bunlar nəzərə alınmalıdır: FHN-dən əhaliyə müraciət

Bayram şənliyində bunlar nəzərə alınmalıdır: FHN-dən əhaliyə müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır.

Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

– evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

– işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

– ağac tezalışan oyuncaqla bəzədilməməli;

– qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Bayram şənliyində bunlar nəzərə alınmalıdır:

– şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

– şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

– pəncərədə dəmir barmaqlıq olmamalı;

– məkanın iki çıxışı olmalı;

– ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

– otağın qapıları mütləq bayıra açılmalı;

– məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

– şənlikdə işıq tam söndürülməməli;

– şənliyə tezalışan materialdan paltar geyinilməməli;

– məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …