Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda benzinin aksiz vergisi artırıldı

Azərbaycanda benzinin aksiz vergisi artırıldı

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında”  2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edib. “Qafqazinfo” xəbər verir ki, bu qərara əsasən ölkə ərazisinə gətirilən aksizli malların yeni aksiz dərəcələri müəyyənləşib.  Belə ki,  mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95- dən az oktan ədədi ilə 1 ton üçün 200 manata qaldırılıb.

Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə isə 1 ton üçün 80 manat müəyyənləşdirilib.

Yüngül distilyatlar və məhsullar: emalın spesifik prosesləri üçün 1 ton üçün 80 manat müəyyənləşib.

Qeyd edək ki, bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …