Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Baş Nazir həkimlərin əlavə maaşı ilə bağlı qərar verdi

Baş Nazir həkimlərin əlavə maaşı ilə bağlı qərar verdi

Baş Nazir Əli Əsədov tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi vaxtını oktyabrın 1-dək uzadıb.

“Qafqazinfo” xəbər verir ki, qərara əsasən, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 373; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 iyun tarixli 202 nömrəli Qərarı) 2-ci hissəsində “iyulun 1-dək” sözləri “oktyabrın 1-dək” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, həkimlər sosial şəbəkələrdə paylaşım edərək onlara iyul ayı üzrə müddətli əlavənin verilməməsi haqda narazılıqlarını bildirmişdilər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Nazirlər Kabinetinin qərarından sonra ödənişlərin həyata keçiriləcəyini açıqlamışdı.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …