Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Mehdi İbrahimov həbsdən buraxıldı – Yenilənib

Mehdi İbrahimov həbsdən buraxıldı – Yenilənib

Bakıda iyulun 14-də orduya dəstək yürüşü ilə bağlı saxlanılan Mehdi İbrahimov azadlığa çıxıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Aqil Layıcov məlumat verib.

M.İbrahimov karantin qaydalarını pozaraq COVİD-19 infeksiyasını yaymaqda ittiham olunaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. M.İbrahimov vəkili vasitəsilə ev dustaqlığına buraxılması üçün Xətai rayon məhkəməsinə müraciət edib və hakim İbrahim İbrahimli onun müraciətini təmin edib. M.İbrahimov ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Mehdi İbrahimovun atası, AXCP sədrinin müşaviri Məmməd İbrahim də sözügedən hadisələrə görə bir neçə maddə ilə ittiham edilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …