Azinforum.az xəbər verir ki, adı mediada zaman-zaman “PKK-ya simpatiyası olan şəxs”, “Abdulla Öcalanın dəstəkçisi” kimi hallanan “Diplomat” qəzetinin baş redaktoru, kürd əsilli Azərbaycan vətəndaşı Tahir Süleyman bu günlərdə oğluna toy edir. Kürd əsilli baş redaktorun toyu olcaq oğlunun adı İsmayıldı və səbəkarın “Azersun Holding”də yüksək vəzifədə çalışdığı bildirilir.
Qeyd edək ki, toy mərasiminə dünyanın bir çox ölkələrində yaşayan nüfuzlu kürd əsilli liderlərin də dəvət olunduğu və həmin personaların dəvəti qəbul etdikləri söylənilir. Xeyir iş Bakıdakı “Hissa” restoranında martın 29-da keçiriləcək.
Allah mübarək eləsin!
Azinforum.az