Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İran Səudiyyəyə xəbərdarlıq etdi

İran Səudiyyəyə xəbərdarlıq etdi

Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü bütün bölgədə gərginliyin artmasına aparır.

Strateq.az xarici KİV-ə əsasən bildirir ki, bu bəyanatla çıxış etmiş İran XİN-in rəsmi təmsilçisi Mərziyə Əfham deyib: “Bu gün səhərdən Səudiyyənin Yəmənə qarşı başladığı hava hücumları daxili böhranı şişirdir, durumu daha da mürəkkəbləşdirir və Yəməndaxili münaqişənin sülhlə nizamlanmasına imkan vermir”.

İran xarici işlər naziri Abdullahiyan Səudiyyənin hərəkətini Yəmənin ərazi bütövlüyünün pozulması hesab edir.

Rusiya XİN də tərəfləri hərbi qarşıdurmanı dayandırmağa və dialoqa keçməyə çağırır.

“Эхо Москва”-nın məlumatına görə, hazırda Yəmənun bütün hava məkanına Səudiyyə Ərəbistanı nəzarət edir.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın