Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Bakıda növbəti barıt çəlləyi –  Keyfiyyətsiz “alkapon” üzləmələr də təhlükə mənbəyidir (ÖZƏL)

Bakıda növbəti barıt çəlləyi –  Keyfiyyətsiz “alkapon” üzləmələr də təhlükə mənbəyidir (ÖZƏL)

Bakıda yaşayış binasında baş verən yanğın hadisəsi  haqda aparılan müzakirələr bütün ölkə gündəmini zəbt edib. Qeyd edək ki, yanğına səbəb son dövrlərdə yaşayış binalarının üzlənməsində istifadə edilən təhlükəli material oldu. 15 nəfərin ölməsi, çoxlu sayda vətəndaşın yaralanması ilə nəticələnən bu hadisədən sonra, məsələyə Prezident İlham Əliyev səviyyəsində reaksiya verildi. Təcili olaraq bütün binalardan üzlüklərin sökülməsinə dair verilən tapşırıq artıq sürətlə həyata keçirilir. Ancaq tikinti sahəsinə yaxşı bələd olan ekspertlərin bildirdiyinə görə, təhlükə bununla bitmir və əlaqədar qurumlar binaların üzlənməsində istifadə edilən  keyfiyyətsiz “alkapon”ların qadağan edilməsilə bağlı da hərəkətə keçməlidir: “Əks halda ciddi fəsadlarla üzləşə bilərik. Əvvəl binalara vurulan “penoplastlarla” bağlı da mətbuatda həyacan təbili çalındı. Heç kim fikir vermədi. Açı nəticə göz qabağındadır.  Bakını növbəti barıt çəlləyindən  xilas etmək  lazımdır!”

Azinforum.az apardığı araşdırma nəticəsində müəyyən edib  ki, həqiqətən də son vaxtlar Azərbaycanda yaşayış və ofis binalarının fasadlarına “alkapon” üzlüklərin çəkilməsi geniş yayılıb. Halbuki bu inşaat materialı həm yanğın, həm də sağlamlıq baxımından təhlükəlidir. Bəzi iddialara görə, “alkapon” biznesinin arxasında güclü əl və ya əllər olduğundan bu inşaat materialından istifadə geniş yayılıb. Yəni bununla kiminsə biznesinin «xod» getməsi təmin olunur.

Amma “alkaponun” həm sağlamlığa təhlükə yaratması, həm də yanğına qarşı həssaslığı təhlükələrə yol açır. Bu barədə danışanlar konkret faktlar da göstərirlər. Məsələn, «Binə» ticarət mərkəzində güclü yanğın baş vermiş, həmin yanğın hadisəsindən bir qədər sonra yayılan rəsmi açıqlamada bildirilmişdi ki, ümumi sahəsi 200 kv.m olan (hər mərtəbəsi 100 kv.m) şüşə-alkapon konstruksiyalardan ibarət paltar satışı mağazasının yanar konstruksiyaları yanıb.

Eyni zamanda,  Sumqayıtda baş verən bir neçə yanğın hadisəsində də binanın üzərinə alkapon çəkilməsi maraq doğurur.
Ekspertlər də bildirirlər ki, “alkapon” örtüklər oda qarşı həddən artıq həssasdırlar, qısa müddətdə alışır və alovlanır, yanğının qarşısıalınmaz məcraya yönəldə bilir.
Bütün bunlara rəğmən, ölkəboyu alkapon konstruksiyalardan istifadə çox geniş yayılıb və yuxarıda da qeyd etdiyimiz kimi, görünür bunda məqsəd kimlərinsə «bazar»ını çiçəkləndirməkdir.

al

 

Araşdırmalarımız zamanı onu da müəyyənləşdirdik ki, “alkapon” metal tərkibli tikinti materialıdır. Lakin bu materialların inzibati binalara vurulması düzgün deyil. Çünki inzibati binalara həm dekorativ, həm də sağlamlıq nöqteyi-nəzərindən “alkapon”ların vurulması mənfi təsir göstərir. “Alkapon” metal tərkibli olduğu üçün onda müəyyən qədər radioaktivlik var. İsti, günəş şüaları “alkopana” pis təsir göstərir. “Alkapon” vurularkən havanın izolyasiyası istənilən səviyyədə olmur. Bu material həm də səs ötürəndir. Qısa bir vaxt keçəndən sonra onun dekorativ xüsusiyyətləri də itir. Mütəxəssislər hesab edirlər ki, onu sənayedə istifadə etmək olar. Lakin inzibati binalarda, yaşayış məntəqələrində, məktəb, baxçaların tikintisində istifadə etmək məsləhət deyil.
«Alkapon biznesi» haqqında öyrəndiyimiz başqa bir məqam hazırda Azərbaycan bazarlarında Çin məhsulu olan kefiyyətsiz ” alkapon”ların tüğyan etməsidir. Görünür, kimlərsə bundan külli miqdarda gəlir əldə edirlər, amma ekspertlərin rəyinə görə, Çin istehsalı olan “alkapon”ların təhlükəlilik dərəcəsi daha yüksəkdir.

Qısası, alkapon hesabına kimlərinsə cibi dolur, amma  növbəti barıt çəlləyi barədə düşünən yoxdur.

Azinforum.az Bakının müxtəli rayonlarında apardığı müşahidələr zamanı müəyyən edib ki, hazırda Nizami metrosunun ətrafında tikilən yeni  yaşayış binalarda, eləcə də Xətai rayonu ərazisində binalarda sürətli alkapon üzləməsi davam edir.

Azinforum.az saytı olaraq əlaqədar qurumları bu məsələyə ciddi diqqət ayırmağa çağırırıq. Mövzuya qayıdacayıq…

Emin AYDINOĞLU

Azinforum.az

al2

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın