Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Bakıda məşhur mağazada insan həyatı ilə oynayırlar – Fotolar

Bakıda məşhur mağazada insan həyatı ilə oynayırlar – Fotolar

Bu gün axşam saatlarında Bakının məşhur ticarət mərkəzlərindən biri olan “28 Mall”da az qala bədbəxt hadisə baş verəcəkdi.

“Qafqazinfo”nun əməkdaşı da hadisənin şahidi olub. Belə ki, mərkəzin ikinci mərtəbəsində yerləşən “LC Waikiki” mağazasının tavanından bir parça müştərinin qarşısına düşüb.

Müştərinin sözlərinə görə, qəzalı vəziyyət olması ilə bağlı ona əvvəlcədən hər hansı bir xəbərdarlıq olunmayıb: “Başımı azacıq qarşıya əysəydim, tavandan qopan parça düz başıma düşəcəkdi. Burada mən yox, hər hansı bir uşaq da ola bilərdi. Bədbəxt bir hadisə baş versə, kim cavabdeh olacaq?

Yerdə su var idi və vedrə, əski qoyulmuşdu. Deməli, bu vəziyyət birdən baş verməyib və mənə xəbərdarlıq edilməli idi. Mağazada şikayət etdim və məni mərkəzin rəsmi ofisinə yönləndirdilər. Ofisdə isə iş 18:00-da bitdiyindən heç kim olmadığı bildirildi. Məlumat mərkəzinə düşüb şikayətimi etdim”.

Məsələ ilə əlaqədar olaraq mərkəzin ictimai işlər üzrə meneceri Zülfüqar bəylə danışdıq.

Menecerin sözlərinə görə, bu, onların yox, mağazanın günahıdır və məsələ tez bir zamanda araşdırılaraq həll olunacaq.

Günel Hacı

Bakıda məşhur mağazada insan həyatı ilə oynayırlar -  Fotolar
Bakıda məşhur mağazada insan həyatı ilə oynayırlar -  Fotolar
Bakıda məşhur mağazada insan həyatı ilə oynayırlar -  Fotolar

 

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT

Bir cavab yazın