Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Bakıda gecə klubunda qızı bıçaqlayan şəxs tutulub – YENİLƏNDİ

Bakıda gecə klubunda qızı bıçaqlayan şəxs tutulub – YENİLƏNDİ

Daxili İşlər Nazirliyi Bakıda gecə klubunda baş verən hadisə ilə bağlı məlumat yayıb.

Azinforum.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev APA-ya bildirib ki, hadisə ilə bağlı Nizami RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalar davam etdirilir.

***

Bakıda gecə klubunda bıçaqlanma hadisəsi baş verib.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayon ərazisində yerləşən “Palermo” gecə klubunda baş verib.

Əvvəllər məhkum edilmiş, 2000-ci il təvəllüdlü Cavanşir Əliyev klubda 1995-ci il təvəllüdlü Zümrüd Əsgərovanı bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …