Ana səhifə / Aktual / Şəhid olan daha 5 hərbçinin kimliyi bilindi – Siyahı yeniləndi

Şəhid olan daha 5 hərbçinin kimliyi bilindi – Siyahı yeniləndi

Müdafiə Nazirliyi lokal antiterror tədbirləri nəticəsində Silahlı Qüvvələrin şəhid olan hərbi qulluqçularının ad və soyadlarının qeyd olunduğu siyahını yeniləyib.

“ Azinforum.az ” xəbər verir ki, əvvəlki 186 nəfərlik siyahıya daha 5 şəhid hərbçimizin adı əlavə olunub.

5 şəhidimizin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşib.

Siyahı ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhidlərdən 1 nəfəri mülki şəxsdir.

Rəsmi məlumatda 11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi qeyd olunmuşdu.

Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra siyahıya 6 şəhidin, indi isə daha 5 şəhidin adı əlavə olunub.

Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …