Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Bakıda doğum evində ana və uşaq ölümü baş verib

Bakıda doğum evində ana və uşaq ölümü baş verib

Bakıda doğuş zamanı ana və uşaq ölümü baş verib.
APA-nın məlumatına görə, hadisə 1 saylı Klinik Xəstəxanada qeydə alınıb.
Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Səbinə Ziyad qızı Mütəllimova avqustun 28-də Şəhər 1 saylı Klinik xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib və onun üzərində qeysəriyyə əməliyyatı aparılıb.

Uşaq əməliyyatdan bir neçə dəqiqə sonra, ana isə üç gün sonra dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ölüm faktı nazirliyin Doğuşa yardım komissiyası tərəfindən araşdırılır.

Nazirlikdən həmçinin bildirilib ki, Səbinə Mütəllimovada ürək qüsuru olub: “Həkimlər əvvəlcədən anaya xəbərdarlıq ediblər ki, hamiləlik əks göstərişdir, belə olan halda doğuşa icazə verilmir”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın