Ana səhifə / Sosial / Lavrov Azərbaycana gəlib

Lavrov Azərbaycana gəlib

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfərə gəlib.

“Report”un məlumatına görə, səfər zamanı Azərbaycan-Rusiya münasibətlərinin ikitərəfli və çoxtərəfli formatda müxtəlif aspektlərinin müzakirəsi planlaşdırılır, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli və ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesindəki rolunun danışıqlar obyekti olacağı gözlənilir.

S.Lavrov qısamüddətli işgüzar səfər zamanı azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcək.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın