Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Bakıda binada yanğın: 30 nəfər təxliyə edildi

Bakıda binada yanğın: 30 nəfər təxliyə edildi

Bakıda yanğın hadisəsi qeydə alınıb. Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Yasamal rayonunda çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsinin girişində baş verib.

Nəticədə elektrik kabeli 15 p.m yanmış və ümumi sahəsi 5 kv.m olan plastik konstruksiyadan ibarət  köməkçi otaq qarsalanıb. Yanğın zamanı 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
musavat.com

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın