Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Bakı-Sumqayıt yolunda “Mercedes” uçaraq restoranın həyətinə girdi

Bakı-Sumqayıt yolunda “Mercedes” uçaraq restoranın həyətinə girdi

Bakı Sumqayıt yolunda ağır yol qəzası baş verib.

Azvision.az verir ki, yüksək sürətlə hərəkət edən “Mercedes-Benz 190” markalı avtomobil yolda ötmə əməliyyatını edən zaman “Mazda” makalı avtomobilin ön hissəsinə dəyib.

Daha sonra idarəetməni itirərək yolun kənarındakı süni təpənin üstünə çıxıb. Sürət həddi yüksək olduğunudan avtomobil süni təpənin üstündən uçaraq “Saray” restoranın həyətinə girib.

Qəza zamanı ciddi xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. “Mazda” markalı avtomobilin sürücü olan qadın qəzanın təsirindən şoka düşüb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın