Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Bakı-Sumqayıt şosesində avtomobil piyadanı vuraraq öldürüb – VİDEO

Bakı-Sumqayıt şosesində avtomobil piyadanı vuraraq öldürüb – VİDEO

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1987-ci il təvəllüdlü Abdullayev Filman Hüseyn oğlu magistral şosenin piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu Orxan Məmmədovun idarə etdiyi 10-VT-321 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil vurub. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

O.Məmmədovun “Report”un hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, piyada qəfil onun idarə etdiyi avomobilin qarşısına çıxıb.

Sürücü hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobili isə cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …