Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Abituriyentlər niyə zəif nəticə göstərir? – Səbəb

Abituriyentlər niyə zəif nəticə göstərir? – Səbəb

Ölkədə fəaliyyət göstərən bir sıra hazırlıq kursları valideyn və şagirdləri aldadırlar. Onlar yüksək reklamla şagirdləri cəlb etsələr də, onların proqramı qəbul proqramına uyğun olmadığına görə bu hazırlıq kurslarına gedən abituriyentlər qəbul imtahanlarında keçid balını toplaya bilməyib.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu il ali məktəblərə qəbul imtahanının yay sessiyasında abiyutiyentlərin əksəriyyəti 200-dən az bal toplayıb:

“Artıq I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları başa çatıb. Nəticələri təhlil edəndə görürük ki, keçid balını tolayan abituriyentlərin sayı imtahanda iştirak edənlərin sayı ilə müqayisədə çox azdır. Belə ki, I ixtisas qurupunda ümumilikdə 27 min abituriyent imtahanda iştirak etmişdisə, onlardan 13 min 169 nəfəri keçid balını, yəni 200-dən çox bal toplaya bilib. 13 min 142 nəfər isə 200-dən az bal toplayıb. IV ixtisas qrupu üzrə imtahanda iştirak edən 5 min 600 abituriyentdən isə 2 min 516 abituriyent 200-dən aşağı bal toplayıb. Nəticələrin aşağı olmasının bir səbəbi də abituriyentlərin hamısının qəbul imtahanlarına ciddi hazırlaşmaması ilə əlaqədardır. Həmçinin, bir sıra kurslarda çalışan müəllimlər təcrübəli və peşəkar deyil. Onlar qəbul proqramını bilmirlər.

Hazırlıq kurslarının rəhbərləri müəllimlərə az əməkhaqqı vermək üçün belə peşəkar olmayan şəxsləri cəlb edir və nəticədə abituriyentlər pis nəticə göstərir”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …