Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Babək prospekti yenə bağlanır – Səbəb/Video

Babək prospekti yenə bağlanır – Səbəb/Video

Aparılan genişləndirilmə, dönmə əməliyyatı üçün yeni salınan hissə, o cümlədən hərəkət istiqamətinin dəyişdirilməsinə baxmayaraq Bakının Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində sıxlıq yenə də qalmaqdadır. Həyata keçirilən bu işlər sıxlığın aradan qaldırılmasına hesablansa da, hələki sıxlıq tam aradan qalxmayıb.

 

Aparılan bu işlərdən əvvəl Babək prospektinin tez-tez bağlanması ilə rastlaşırdıq. Bu işlər həmin hissədə hərəkətin tənzimlənməsinə xidmət edəcəkdisə, niyə yenə də Babək prospekti bağlanır?

 

Problemlə bağlı sorğumuza cavab verən Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə bildirib ki, yol göstəriciləri, yol nişanları, üfüqi nişanlanma xətlərinin tələblərinə nə vaxta qədər əməl olunmayacaqsa, həmin ərazidə sıxlıq problemi həmişə baş verəcək. Onun sözlərinə görə, vaxtında bunun qarşısı alınmasa, yol nəqliyyat hadisələrinin baş verməsi qaçılmazdır: “O ki qaldı, Babək prospektinin müxtəlif saatlarda bağlanması məsələsinə, yolun bağlanması məqsədəuyğun deyil. Babək prospekti bağlanmaqla həmin sürücülər tünelə istiqamətləndirilir ki, nəticədə tıxac yaranır. Tıxacın bir hissəsi Babək prospektində, digər bir hissəsi isə Yusif Səfərov küçəsinə gedib çıxır. Ona görə də onun bağlanmasına ehtiyac yoxdur. Sürücü yol nişanını görmürsə, onda avtomobili necə idarə edir? Hər bir sürücü yol nişanlarını görməyə borcludur”.

 

P.Mürsəliyev deyib ki, Heydər Əliyev prospektinə gedən yolun bağlanması düzgün addım deyil: “Bu həm sürücünün hüququnu pozur, həm də yenidən sıxlığın yaranmasına səbəb olur”

 

Həmçinin oxuyun

“Maşın Şou”da final başladı

“Maşın Şou”nun “Maskarad” adlı sürətinin final mərhələsinin ilk gecəsi start götürüb. Finala çıxan 3 məşhur – …

Bir cavab yazın