Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Azərişıq” ASC-də iki rəis çıxarıldı, yeni təyinatlar oldu

“Azərişıq” ASC-də iki rəis çıxarıldı, yeni təyinatlar oldu

“Azərişıq” ASC-də kadr dəyişiklikləri baş verib. 
Qurumun Xırdalan Elektrik Şəbəkəsinin rəisiNeymət Qasımov tutduğu vəzifədən azad edilib.
N.Qasımovun yerinə Maştağa Elektrik şəbəkəsinin rəisi Şahin Qədimov təyin edilib. 
Məlumata görə, N.Qasımov vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün işdən kənarlaşdırılıb.
Bundan əlavə, “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) rəisi Əbülfət Paşayev də vəzifəsindən azad edilərək qurumun Tədris Mərkəzinə gətirilib.
Ə.Paşayevin yerinə isə Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Mehman Mehdiyev təyin edilib.
“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a hər iki təyinatı təsdiq edib.
Report

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …