Ana səhifə / Kriminal / Bakıda bina yanır – Nazir müavini hadisə yerindədir+ Yenilənir

Bakıda bina yanır – Nazir müavini hadisə yerindədir+ Yenilənir

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

***

Hazırda əməkdaşlarımız yanğın baş verən ərazidədir.

FHN nazirinin müavini Etibar Mirzəyev də hadisə yerindədir. 

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …