Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Azərbaycanlı aktrisa “striptiz” oynadı – Video

Azərbaycanlı aktrisa “striptiz” oynadı – Video

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin maraqlı videosu yayılıb.
Videonu aktrisa “Instagram” səhifəsində paylaşıb. Nəsrin Cavadzadənin “Striptiz” rəqsi izləyiciləri tərəfindən bəyənilib. Aktrisa bu video ilə yeni oynayacağı səhnənin anonsunu verib. Bu tamaşa isə “Ucuz həyəcanlar” adlanır.
Məlumat üçün bildirək ki, Nəsrin Cavadzadə 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçərək orada yaşamağa başlayıb.
O, Mərmərə Universiteti Kino və Televiziya fakültəsinin məzunudur. 2007-də Türkiyənin ATV televiziyasının “Yersiz-yurdsuz” adlı serialında, Hüseyn Qarabəyin “Getmək: Mənim Marlon və Brandom” və Camal Şanın “Dilbərin səkkiz günü” adlı filmlərində rol alıb. 2014-cü ildə çəkildiyi “Quzu” adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının “Ən yaxşı qadın aktrisa” mükafatına layiq görülüb.(BAKU.WS)

Həmçinin oxuyun

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?

Bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 466 daşınmaz əmlak obyekti alıblar ki, bu da …

Bir cavab yazın