Cümə , Aprel 26 2024
Ana səhifə / Azərbaycanın qadın güləşçiləri dünya çempionatında mübarizəyə qoşulur

Azərbaycanın qadın güləşçiləri dünya çempionatında mübarizəyə qoşulur

Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatının üçüncü günündə mübarizəyə qadın güləşçilər qoşulacaqlar.

“Report” xəbər verir ki, Azərbaycan 4 çəki dərəcəsi üzrə yarışların 3-də təmsil olunacaq.

Artıq onların ilk rəqibləri məlumdur. Üçqat Avropa çempionu Nataliya Sinişin və böyüklər arasında mundialın debütantı Elmira Qəmbərova xalça üzərinə 1/16 final mərhələsindən çıxacaq. İrina Netreba isə 1/8 finaldan etibarən çıxış edəcək.

Dünya çempionatı

55 kq

1/16 final. Nataliya Sinişin – İrina Kuraçkina (Belarus)

58 kq

1/8 final. İrina Netreba – Giedre Blekaytite (Litva) / Ariadne Mikelle Burxart (Austriya)

63 kq

1/16 final. Tayla Tuahine Ford (Yeni Zellandiya) – Elmira Qəmbərova

Görüşlərə Bakı vaxtı ilə saat 12:00-da start veriləcək. Final qarşılaşmaları isə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, ilk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Azərbaycan 8 çəki dərəcəsinin hamısında təmsil olunsa da, yalnız Elvin Mürsəliyev (80 kq) fəxri kürsüyə yüksəlib. O, bürünc medal qazanıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın