Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Aktual / Azərbaycan bankları yeni təhlükə qarşısında

Azərbaycan bankları yeni təhlükə qarşısında

Azərbaycanın bank sektoru yeni bir təhlükə ilə üz-üzə qala bilər – beynəlxalq maliyyə qurumları ölkə banklarındakı vəsaitlərini geri çəkə bilərlər.

ANS PRESS-in məlumatına görə, bank sektorundakı bu narahatlıq 2015-ci ilin üçüncü rübünda beynəlxalq maliyə qurumlarınan ölkə banklarından birindən 61 milyon manata yaxın vəsaiti geri çəkməsindən sonra başlayıb. Bank həmin vəsaitlərin qaytarılmasını müqavilə müddətinin bitməsi ilə izah etsə də, iqtisadiyyat dairələrində bunu, ümumiyyətlə, Azərbaycanın da daxil olduğu inkişaf etməkdə olan ölkələrin bank sektorunu gözləyən çətinliklə izah edirlər.

Beynəlxalq Maliyyə İnstitunun (IIF) bu yaxınlarda dərc etdirdiyi hesabatda deyilir ki, 1988-ci ildən bu yana ilk dəfə olaraq, inkişaf etməkdə olan ölkələrdə kapitalın netto-axını mənfi olacaq. Özü də, vəziyyətin pisləşməsi iki tərəfdən müşahidə edilir: xarici sərmayəçiləri yatırımları azaldırlar, rezidentlər isə xaricə daha çox pul çıxarırlar.

Həmçinin oxuyun

Azərbaycanda “Dövlət” adlı MMC təsis edib sahibkarları soyanlar meydana çıxdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) “Dövlət Nəzarət Təhükəsizlik Departamenti” MMC barədə Baş Prokurorluğa …

Bir cavab yazın