Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Aşıq Zülfiyyə qəzaya düşdü

Aşıq Zülfiyyə qəzaya düşdü

Aşıq Zülfiyyə avtomobil qəzası keçirib.

” Azinform.az “ın  Axşam.az-a istinadən məlumatına görə, sənətçi bu haqda “Öz aramızda” verilişində xəbər verib. Canlı yayıma gələrkən, saz ifaçısının idarə etdiyi “Mercedes-Benz S-Class” markalı avtomobil başqa bir maşınla toqquşub: “Səhhətimdə heç bir problem yoxdur, salamatçılıqdır.

Qəza Binəqədi rayonu ərazisində oldu. Günah məndə yox, qarşıdan gələn xanımda idi. Çox sürətlə gəlirdi, idarəni itirdi, avtomobilimi kənara çəkdim ki, əyləci basıb, maşını saxlasın. Amma edə bilmədi, nəticədə, mənim maşınım yol kənarındakı daşa çırpıldı, xanım da gəlib vurdu. Məndə “S-Clas” idi, xanımda cipdir. Maşınıma güclü ziyan dəyməyib. Xanımın avtomobili pis vəziyyətə düşüb”.

Həmçinin oxuyun

Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? – DOSYE

Hüquqşünaslarda belə bir deyim var: “Bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”.Azərbaycanda bəraət hökmlərinin …

Bir cavab yazın