Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Altı cüdoçumuz uduzdu – + Canlı

Altı cüdoçumuz uduzdu – + Canlı

Bu gün Avropa Oyunlarında cüdo yarışlarına start veriləcək.

Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev adına idman arenasında keçiriləcək yarışda Azərbaycan cüdoçuları da mübarizəyə qoşulacaqlar. Yarışın ilk günündə 8 idmançımız mübarizəyə qoşulacaq.

60 kq çəki dərəcəsində Orxan Səfərov 1/8 final mərhələsindən mübarizəyə başlayacaq. Eyni çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyevin rəqibi müəyyənləşməyib.

66 kq-da Nicat Şixəlizadə 13:00-da xalça üzərində çıxacaq. Onun 1/16 final mərhələsindəki rəqibi türkiyəli Sinan Sandaldır.

66 kq-da yarışacaq daha bir cüdoçumuz Tərlan Kərimovun 1/16 final mərhələsindəki rəqibi rusiyalı Mixail Pulyayevdir. Bu görüş 13.12-də start götürəcək.

Qadınların mübarizəsində ilk olaraq 48 kq çəki dərəcəsində meydana Leyla Əliyeva çıxacaq. O, 1/16 final mərhələsində mübarizəyə başlayacaq. Əliyeva burda sloveniyalı Kristina Vrsiçlə üz-üzə gələcək.

48 kq-da daha bir idmançımız Aişə Qurbanlı da 1/16 finalda mübarizəyə start verəcək. Onun bu mərhələdə rəqibi rusiyalı Kristina Rumyanstevadır.

52 kq-da Sakina Zayirova 1/16 final mərhələsində israilli Roni Şvartsla üz-üzə gələcək.

57 kq-da Kifayət Qasımova 1/16 final mərhələsində seriyalı Jovana Roqiçlə qarşılaşacaq.

***

Leyla Əliyeva sloveniyalı Kristina Vrsiçlə üz-üzə gəlib və görüşdən qalib kimi ayrılıb.  

48 kq-da daha bir idmançımız Aişə Qurbanlı rusiyalı Kristina Rumyanstevaya qalib gəlib. 

***

Nicat Şıxəlizadə ilk qarşılaşmasında türkiyəli Sinan Sandalla qarşılaşıb və ippomla qələbə qazanıb.

***

Tərlan Kərimov isə startda rusiyalı Mixail Pulyayevə məğlub olub.

Leyla Əliyeva 1/8 finalda belçikalı Şarlin van Snikə uduzub.

***

Kifayə Qasımova sebriyalı Yovana Roqiçə, Aişə Qurbanlı italiyalı Valentina Moskatta uduzub.

***

İlqar Müşkiyev də ispaniyalı Franssiko Qarriqosa uduzdu.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın