Şənbə , Aprel 27 2024
Ana səhifə / Alı Alıyevin Zəhranın atasını işə düzəltməsi xəbəri YALAN ÇIXDI

Alı Alıyevin Zəhranın atasını işə düzəltməsi xəbəri YALAN ÇIXDI

İyulun 4-də erməni silahlı qüvvələrinin ağır artilleriya atəşi nəticəsində həyatını itirən 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyevin işlə təmin olunması yalandır.

AFN xəbər verir ki, belə bir iddia ilə jurnalist Arifə Əliyeva çıxış edib. Onun sözlərinə görə, iyulun 11-də Z.Quliyevanın və nənəsinin 7 mərasimi ilə bağlı mərhumların ailəsini ziyarət edərkən bu xəbəri E.Quliyevə deyiblər: “Adam dondu qaldı, bilmədi nə desin. Söhbət əsnasında məlum oldu ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin guya Elnur Quliyevi işlə təmin etməsilə bağlı verilən məlumat, yayılan xəbərlər yalandır. Orda məndən başqa da bir neçə nəfər jurnalist vardı və Elnur qardaşımızın bu açıqlaması bizi xeyli təəccübləndirdi. Daha dərindən maraqlandıqda məlum oldu ki, o, hadisədən xeyli əvvəldən işləyirmiş. Durumunun həssaslığını nəzərə alaraq çox dərinə gedib harda işləməsini soruşmadıq”.

Bu məsələ AFN olaraq bu xəbər təzə yayılanda dərc etmədik və özünüreklam oldu üçün hətta qınaqla yanaşdıq. Xəbərin yalan çıxmağı bizi də xeyli təəccübləndirdi. Axı Alı Alıyevin marağı nə idi ki, belə bir həssas vaxtda yalan məlumat yayırdı? Məsələ ilə bağlı Füzuli İH-dən mövqe almağa çalışacağıq.

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın