Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Aktual / Ağdamın icra başçısı məhkəmədə dindiriləcək

Ağdamın icra başçısı məhkəmədə dindiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Teylor İbrahimovun (Fətişoğlu) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Eldar Mikayılov sədrlik edib. Məhkəmədə bildirilib ki, şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, onların məhkəmədə iştirakı təmin olunmayıb. Buna görə də, proses təxirə salınıb.
Təqsirləndirilən T.İbrahimov cinayət işində adı keçən Ağdam rayon icra başçısı Raqub Məmmədovun məhkəməyə şahid kimi çağırılmasını istəyib. Hakim bildirib ki, icra başçısı cinayət işi üzrə istintaqda şahid qismində dindirilib, növbəti proseslərdə onun məhkəmədə iştirakı və dindirilməsi təmin olunacaq.
Məhkəmə prosesi oktyabrın 3-də davam edəcək.
Qeyd edək ki, sözügedən cinayət işi üzrə bir neçə zərərçəkmiş var. Onlar işə düzəlmək, həbsdə olan yaxınlarını azadlığa çıxarmaq üçün T.İbrahimova pul veriblər. İsmayıl Məmmədov isə təqsirləndirilən şəxsə 5 min manat verib. Bunun qarşılığında icra nümayəndəsinin müavini təyin olunmalı imiş.
T.İbrahimov Bakı şəhərində Ağdam Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Xətai Rayon Polis Şöbəsinə təhvil verilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzkuq, külli miqdarda törədildikdə) ilə təqsirli bilinir.
Xatırladaq ki, T.İbrahimov sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və 2000-ci ildən Moskvada mühacirətdə yaşayıb.

Həmçinin oxuyun

Ermənistan ordusunun acınacaqlı vəziyyəti – VİDEO

İkinci Qarabağ müharibəsi bitsə də, Ermənistanda ordu ilə bağlı problemlər səngimir. Ermənistan rəhbərliyi məğlub ordunun …

Bir cavab yazın