Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Adı məmurla hallanan xalq artisti gizlinləri açdı: O evin sahibəsi…

Adı məmurla hallanan xalq artisti gizlinləri açdı: O evin sahibəsi…

Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov xalq artisti Məleykə Əsədova ilə bağlı ölkə.az-a sensasion açıqlamalar verib: “Mən vaxtilə Məleykə xanıma bir ev də bağışlamışam. İkiotaqlı ev idi, birində erməni, birində isə Məleykə xanım yaşayırdı. Mən o evi Məleykə Əsədovaya hədiyyə vermişdim. Məleykə Əsədova həmin binada yaşayırdı, mən də tapşırıq verdim ki, həmin evi onun adına keçirtsinlər”.
Moderator.az-ın məlumatına görə, xalq artisti Məleykə Əsədova yenicag-a açıqlamasında yazılanları şər-böhtan adlandırıb:
“Bu yazı başdan-başa şər-böhtandır. Üç il əvvəl yazılan şər-böhtanı yenidən gündəmə gətirməklə məqsədləri nədir, anlamıram. Bunun arxasında kimlər dayanır, məhkəmə qarşısında cavab verəcəklər. Aydın Bəşirovla şəxsi tanışlığım yoxdur, onun heç bir tədbirində iştirak etməmişəm. Onun “Yaxt klub”una bir dəfə də olsun ayağım dəyməyib. Mən aktrisayam. Şeir deməyimdən də çox adamın xoşu gələ bilər, bunu şişirtməsinlər. Qaldı ki, onun mənə ev hədiyyə etməsinə, böhtandır. 1988-ci ildə “Baksovet”də olan o evi toylara gedə-gedə, alın tərimlə topladığım pula almışam. Bir mənzildə (“uplotneniye”) iki adam yaşayırdı, mənim evim 25 kvadratlıq idi, o biri mənzil isə 11 kvadratdan ibarət idi. O evin sahibəsi dünyasını dəyişdi. Həmin ev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansında idi, rejissor Lütfi Məmmədbəyov bu evin mənə verilməsi üçün qurumun rəisi Aydın Bəşirova müraciət etdi. Yaradici insan kimi o evi mənə verdilər. O evi də satıb, indiki evimi tikmişəm. İndiyə qədər mənə şər atanları Allaha tapşırırdım, bundan sonra onlar məhkəmə qarşısında cavab verəcəklər”.

Həmçinin oxuyun

Əkbər Hacıyev mətbuat katibini işdən çıxardı, ATV-nin əməkdaşına vəzifə verdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.Birliyin baş direktoru Əkbər Hacıyevin …

Bir cavab yazın