Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Acından ölən” ermənilər Kəlbəcərin kəndində belə bir icma mərkəzi tikdi… – FOTO

“Acından ölən” ermənilər Kəlbəcərin kəndində belə bir icma mərkəzi tikdi… – FOTO

25-ci ildir ki, işğal altında olan Kəlbəcər rayonunun”Hetavan” adlandırılmış Qozlu körpü kəndində icma mərkəzi binasının tikintisi  bitmək üzrədir.
Moderator.az  “KarabakhTV”-yə istinadla yazır ki, bu haqda  erməni müxbirlə söhbəti zamanı “Hetavan icmasının rəhbəri” kimi təqdim edilən Ararat Zakaryan məlumat verib.
“Bu, ikimərtəbəli çoxfunksiyalı bir binadır. Burada kəndin inzibati rəhbərliyi, iclas zalı, kitabxana, kompüter zalı və s. yerləşdiriləcəkdir. Bina mebellə təchiz edilmiş, istilik və havalandırma sisteminə malikdir”, –  deyə A. Zakaryan bildirib.
Azərbaycan kəndinin erməni “icma başçısı” bildirib ki, 25 ildir ki, 400 nəfər, əhalisi olan Hetavan kəndinin inzibati rəhbərliyi  məktəbin siniflərindən birində yerləşir.
“2017-2018-ci tədris ilində məktəbdə 88 şagird və 63 məktəbəqədər yaşda uşaq  təhsil alır. Amma kənddə uşaq bağçası yoxdur. İcma mərkəzinin fəaliyyətinin başlanmasından sonra məktəb binasının bir hissəsindən uşaq bağçası kimi istifadə etmək planlaşdırılır “, – A. Zakaryan deyib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …