Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Mühacir biznesinin pərdəarxası: azərbaycanlılar Almaniyada niyə kriminala bulaşıb?

Mühacir biznesinin pərdəarxası: azərbaycanlılar Almaniyada niyə kriminala bulaşıb?

Son iki ayda Almaniyada yaşayan azərbaycanlılarla bağlı ölkəyə xoş xəbərlər gəlmir. Daha çox kriminal xarakterli xəbərlərin üstünlük təşkil etməsi isə xeyli düşündürücüdür. “Yeni Müsavat” həmin hadisələri xatırlatmaqla, onların pərdəarxası məqamları ilə də maraqlanıb.

Azərbaycanlı qadınının 32 min avroluq mühacir biznesi – almanlar yaxaladı

Bir neçə gün öncə Almaniya vətəndaşı olan azərbaycanlı Düsseldorf Hava Limanında saxlanılıb.  51 yaşlı azərbaycanlı qadının saxlanılmasına səbəb barəsində həbs qərarının çıxarılması olub. Belə ki, o, 2016-cı ilin yanvar ayından sentyabr ayına kimi 7 azərbaycanlı ailəni qeyri-qanuni şəkildə Almaniyaya gətirib.

Mühacir alveri ilə məşğul olan qadın azərbaycanlı ailələrin Almaniyaya gətirilməsi üçün onlardan 32 min avro alıb. Polisdən verilən məlumata görə, saxlanılan qadın Göttingen  şəhərində qeydiyyatdadır və orada yaşayır. O, Azərbaycandakı səyahət agentliyi ilə işbirliyi edərək Almaniyaya gəlmək istəyənlər üçün Çexiya vizası alırmış. Çexiyaya gələn azərbaycanlılar oradan da Almaniyaya keçirmişlər.

Araşdırmalar zamanı məlum olub ki, vizaların çoxu azərbaycanlı ailələrə Avropada toy mərasimlərində iştirak etmələri üçün verilib. Praqaya viza alan azərbaycanlılar Budapeştdən Dortmunta uçurmuşlar. Qadın tərəfindən pasportları əlindən alınanlar Bilefeld şəhərində qaçqın qəbul etmə məntəqəsinə təhvil verilirmişlər.

Qadının yaşadığı evdə alman polisi azərbaycanlılara məxsus xarici pasport, sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi olmaqla 54 ədəd sənəd tapıb.

Azərbaycana qayıtmamaq üçün alman polisi girov götürən azərbaycanlı

Bu ilin yanvarın 18-də isə Almaniyada azərbaycanlı ailə böyük silahlı insidentə səbəb olub. Bu ölkəyə sığınacaq üçün müraciət etmiş azərbaycanlı ailəyə oturum icazə verilmədiyi üçün hüquq-mühafizə orqanları həmin ailəni ölkədən deportasiya  etmək barədə qərar qəbul edib.

Azərbaycana qayıtmamaq üçün alman polisi ile ilgili görsel sonucu

Gecə saat 03:30-da azərbaycanlı ailənin yaşadığı evin qapısını döyən alman polisi onları ölkədən çıxarmaq üçün gəldiklərini bəyan edib. Lakin Almaniyanı tərk etmək istəməyən ailə polisin bu qərarına müqavimət göstərib. Nəticədə böyük insident baş verib. Ailəninin başçısı – evin kişisi onları zorla evdən çıxarmaq istəyən alman polisinin silahını əlindən alıb və onu girov götürüb. Daha sonra o, havaya bir neçə dəfə atəş açıb. Nəticədə hadisə yerinə xüsusi təyinatlı polislər çağırılıb. Xüsusi təyinatlı polislər azərbaycanlı kişinin girov götürdüyü iki nəfəri xilas edə bilib və onu həbs edib.

Son iki ayda Almaniyada yaşayan azərbaycanlılarla bağlı ölkəyə xoş xəbərlər gəlmir

Lakin hadisələr bununla da yekunlaşmayıb. Bunun ardınca evin xanımı əlinə aldığı bıçaqla özünə ağır xəsarətlər yetirməyə başlayıb. Qadın daha sonra xəstəxanaya çatdırılıb. Polisləri girov götürən azərbaycanlı kişi isə həbs edilib.

Hadisə Gutersloh bölgəsində qeydə alınıb. Belə ki, gecə 03:30 radələrində 49 və 53 yaşlı azərbaycanlı cütlüyün yaşadığı qaçqın yataqxanasına gələn miqrasiya bürosunun (Auslanderbehörde – almanca) əməkdaşları polislərin iştirakı ilə onları yataqxanadan çıxarmaq istəyib.

Məlum olub ki, 4 nəfərdən ibarət ailənin başçısı və xanımı illər öncə Almaniyaya bir dəfə gəliblər. Daha sonra onlar Azərbaycana qayıdıblar. Bir müddət Azərbaycanda qalan ailə yenidən Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Almaniya Qaçqınlar və Miqrasiya ilə İş üzrə Federal İdarədə (BAMF) baxılan azərbaycanlı ailənin işi ilə bağlı yekun qərar “neqativ” olub. Sözügedən idarə ailə başçısı və xanımı ilə bağlı deportasiya  qərarı çıxarıb.

Qərarın icrasını yerinə yetirən miqrasiya bürosu və polis əməkdaşları ailə başçısının və xanımının fiziki təzyiqinə məruz qalıblar.

Məlumatda bildirilir ki, azərbaycanlı ailə 4 nəfərdən ibarət olub. Onların hər iki qızlarının sığınacaq istəyinin qəbul edilib-edilməməsi ilə bağlı məlumat yoxdur. Hadisə vaxtı evdə onların dostları da olub.

Faktla bağlı Almaniya hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır

“Yeni Müsavat” eyni zamanda xatırladır ki, Müsavat Partiyasının saxta üzvlük vəsiqəsi ilə Avropaya gedənlərdən biri barədə isə cinayət işi açılıb. Elnur Aydın oğlu Mirzəyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 maddəsi ilə şübhəli şəxs qismində istintaqa cəlb edilib. Bildirilir ki, yaşadığı ölkənin məhkəmə orqanı müsavatçının sənədlərinin saxta olduğunu aşkarlayaraq digər ölkəyə deportasiya edilməsinə qərar verib. Təəccüblüdür ki, Müsavat Partiyası da onun sənədlərinin saxta olduğunu təsdiqləyib. Xatırladaq ki, bir neçə il əvvəl Hollandiyaya getmiş “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev də deportasiya olunub. Hollandiya məhkəməsi ona  bu ölkədə yaşamağa icazə verməyib.

Gördüyünüz kimi, bunlar Almaniyanı özünə vətən etmək istəyən azərbaycanlıların hekayələrindən, sadəcə, bir neçəsidir. Amma gizlin qalan onlarla belə hekayə var. “Yeni Müsavat”ın əməkdaşı 2015-ci ildə Avropaya səfər edərkən saxta yollarla vəsiqə almış onlarla mühaciri tanımışdı. Bu şəxslərin “siyasi səbəbləri” əldə əsas tutaraq, saxta sənədlərlə, Avropada özlərinə məskən qurmaları şübhəsiz idi. Amma bu, sərt rejim tətbiq olunana, mühacirlərlə bağlı araşdırmalar aparılana qədər idi. İndi isə hiss olunur ki, Almaniya hakimiyyəti son zamanlar miqrant siyasətinə görə tənqid hədəfinə çevrilib.

Status almaq istəyən azərbaycanlıların neçə faizinə müsbət cavab verilir? 

Almaniyanın baş naziri Angela Merkelin miqrantlarla bağlı yürütdüyü siyasət almanlar arasında gün keçdikcə daha çox narazılıq yaradır.

merkel ile ilgili görsel sonucu

Duysburq şəhərinin yaxınlığındakı Marksloda yaşayanlar miqrant axınının fəsadlarını xüsusilə “aydın” hiss edirlər. Milli.az “Daily Mail” ə istinadən bildirir ki, bir zamanlar turistlər arasında populyar olan Markslo indi miqrantların faktiki olaraq nəzarəti ələ keçirdiyi məkandır.

Şimali Reyn-Vestfaliya əyalətinin parlamenti üçün hazırlanmış 17 səhifəlik hesabatda bildirilir ki, Markslodakı livanlı, suriyalı, türk, tunisli və s. miqrantlardan ibarət mütəşəkkil cinayətkar dəstələr narkoticarət, insan alveri, quldurluq, reket və s. cinayətlərlə məşğul olurlar. Afrika, Asiya və Yaxın Şərq ölkələrindən olan miqrantların kütləvi axını nəticəsində Markslo indi almanların özlərini narahat hiss etdikləri məkana çevrilib.

Markslo hazırda gettoya çevrilib və buradakı miqrantların total əksəriyyəti sosial yardımlardan asılı işsizlərdir.

500 min sakini olan Duysburq şəhərində 60 min miqrant məskunlaşdığından Markslo kriminogen yerə çevrilib. Burada bir sıra küçələrə kriminal elementlər nəzarət edirlər.

Almaniyanın baş naziri Angela Merkelin yarıtmaz miqrasiya siyasətinin “abidəsi” sayılan Markslo səmtinin 20 mindən artıq sakininin tam yarısı 90 ölkədən gəlmiş miqrantlardır. İş o yerə çatıb ki, Marksloda “Livan küçəsi”, “Rumın küçəsi”, “Kürd küçəsi” var.

Almaniyada azərbaycanlı mühacirlər ile ilgili görsel sonucu

Şər qarışandan sonra Markslonun alman sakinləri küçələrə çıxmamağa çalışırlar.

Xatırladaq ki, Avropa Birliyində Yaxın Şərq və Avropa ölkələrində ölümlə üz-üzə qalan qaçqınlara digərləri ilə müqayisədə daha yaxşı və ilk növbədə yardım edən ölkələrin siyahısında Almaniya ilk sıralarda dayanır. Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin verdiyi məlumata görə, 2016-cı ildə sığınacaq almaq üçün Almaniyaya müraciət edən Azərbaycan vətəndaşlarının sayı 4750 nəfər olub. 2015-ci ilin göstəriciləri ilə müqayisədə bu rəqəm üç dəfə çoxdur. 4750 müraciətdən cəmi 459-u müsbət cavab alıb. Bura siyasi, qaçqın və əlavə qorunma statusu alan şəxslər daxildir.

Fəxr ediləsi miqrantımız da var

Yazını isə müsbət məqamlarla bitirək. Bir neçə ay öncə hamımıza məlum oldu ki, Almaniyanın “Bild” onlayn dərgisində Berlinin Noyköln rayonunda polis komissarı olan azərbaycanlı miqrant Lana haqqında məqalə dərc olunub. “15 yaşında almanca danışa bilmirdi, indi isə polis komissarıdır”, – deyə məqalədə bildirilir. Oxu.az xəbər verir ki, məqalədə Lana miqrantların alman cəmiyyətinə uğurlu inteqrasiyasının ən yaxşı nümunəsi kimi göstərilir.

“15 yaşım olanda anamla Berlinə köçmüşəm, almanca bir kəlmə bilmirdim, salamlaşa da bilmirdim”, – deyə Lana Bz-berlin.de saytına verdiyi müsahibədə bildirib. Hazırda qadının alman dilində səlis və ləhcəsiz danışdığı qeyd olunur.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …