Cümə , Aprel 26 2024
Ana səhifə / Abdulbari Gözəl Azərbaycana indi də pomidor gətirir – (Fotolar)

Abdulbari Gözəl Azərbaycana indi də pomidor gətirir – (Fotolar)

“Azersun Holdinq”in rəhbəri, Türkiyənin Ağrı vilayətindən olan iş adamı Abdulbari Gözəl Türkiyənin Diyadin bölgəsində pomidor yetişdirməyə başlayıb.

Virtualaz.org saytı xəbər verir ki, iş adamı Diyadindəki geotermal mənbələrdən faydalanaraq 20 hektar sahədə pomidor əkini üçün istixana qurub. İş adamı bu ərazidə istixana qurmağa 3 milyon manatdan çox pul xərcləyib.

Havanın temperaturunun mənfi 35 dərəcəyə qədər düşdüyü bu bölgədə mart ayında yetişdirilən 5 ton pomidor artıq satışa çıxarılıb.

A.Gözəl Türkiyə mətbuatına açıqlamasında ilin 12 ayında müxtəlif növ məhsulların yetişdirilməsi ilə məşğul olacaqlarını deyib. O, yetişdirilən məhsulların Azərbaycan, Rusiya, Gürcüstan və İrana ixrac ediləcəyini bildirib.

İlkin

Virtualaz.org

 

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın