Şənbə , Aprel 27 2024
Ana səhifə / Əməkdar artist qayınanasından danışdı: “Cehizlərin üzünü də görmədim”

Əməkdar artist qayınanasından danışdı: “Cehizlərin üzünü də görmədim”

“Evimə gələcək gəlin təmizkar, imanlı, qeyrətli, vicdanlı olmalıdır”.

Lent.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Elnarə Abdullayeva “5 gəlin” verilişində deyib: “Evdə işləri əvvəl özüm görürdüm. İndi ora-bura qaçıram, edə bilmirəm. Gəlin də işləyən olanda, ora-bura qaçacaq. Evdəki kişilərə kim baxacaq? Ona görə də gəlinim işləməməlidir”.

Əməkdar artist öz qayınanasından da söhbət açıb:

“Qayınanama ana deyirəm. Ailə quranda mənə lazım bütün paltarları, qızılları gətirmişdi. Mən də cehiz kimi hər şeyin ən yaxşısını aparmışdım. Amma o cehizin heç birini istifadə etmədim, qismət olmadı. Onların üzünü də görmədim”.

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın