Şənbə , Aprel 27 2024
Ana səhifə / Əməkdar artist cavab verdi: “Mən əxlaqsız deyiləm…”

Əməkdar artist cavab verdi: “Mən əxlaqsız deyiləm…”

“Mənim daşım ağırdır, bir çoxlarının başına düşüb. Efirdə dediklərimi başqası desəydi, heç belə reaksiya verməzdilər. Amma mənim üstümə düşüb, haqsızlıq edirlər”.

Bunu sözləri AzVision.az-a tanınmış aktrisa, Əməkdar artist Mehriban Xanlarova Lider TV-nin “Çıxış yolu” verilişində dediyi sözlərə görə ictimaiyyət tərəfindən tənqid olunmasına münasibət bildirərkən deyib.

Aktrisa bildirib ki, verilişdə çıxışı zamanı məqsədi kimisə cinayətə sövq etmək, qalmaqal yaratmaq olmayıb.

“Bir il səkkiz ay bundan öncə oğlan öz arvadından boşanıb. İkinci arvadı bu gün-sabah uşaq dünyaya gətirəcək. Durub anasını da yanına alıb gəlib ki, uşaqlarımı istəyirəm. Əslində oğlanın məqsədi aliment verməməkdir. Mən də veriliş ərzində dözürdüm. Çalışırdım ki, ekspert kimi təmkinimi saxlayım. Ancaq gördüm ki, gəlinin qaynanası həyasızlıq edir, az qalmışdı ekspertləri durub döysün. Efirarxası o qədər nalayiq sözləri işlədirdi ki, özümü saxlaya bilmədim, partladım. O qadının özü qan çanağı idi. Yalandan şər atmağa, kimisə tutdurmağa nə var ki?! Vay, pis qaynanadan. Hər dəfə əlini stula vurub, gəlinə ağzına gələni deyirdi. Söz gəlişi dedim ki, belə qeyrətlisənsə, vaxtında başın kəsərdin. Məqsədim kimisə cinayətə sövq etmək deyildi. Demək istəyirdim ki, yalandan danışma, artistlik etmə. Haqqına demişəm.

Aparıcıya iradımı bildirdim ki, belə insanları niyə efirə çıxarırsan? Mənim yerimə kim olsa idi, bundan da pis söz deyərdi. Mən haqsızlığa susa bilmirəm. Kim arxamca nə deyir desin. Məni əxlaqsız adlandıran qadınlar öz əxlaqları qarşısında cavab verməlidirlər. Hamı hamını tanıyır. Mən əxlaqsız deyiləm, bunu insanlar gözəl bilir. Sadəcə haqqın tərəfində olmuşam və bundan sonra da olacağam. Gözü götürməyənlər mənə şər atırlar. Onlara fikir verməyəcəyəm”.

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın