Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Əfvin icrası zamanı Penitensiar Xidmətdə görünməmiş olay – MƏHKUMLAR KÜTLƏVİ ŞƏKİLDƏ “KARSA” SALINDI

Əfvin icrası zamanı Penitensiar Xidmətdə görünməmiş olay – MƏHKUMLAR KÜTLƏVİ ŞƏKİLDƏ “KARSA” SALINDI

Prezident İlham Əliyevin imzaladıığı əfv sərəncamının icrası həyata keçirilib.

Milli Məclisin üzvləri, QHT təmsilçiləri və media mənsubları da Penitensiar Xidmətin müxtəlif cəzaçəkmə müəssisələrində və müalicə müəssisəsində bu prosesdə iştirak edib.

Əfvin icrası zamanı deputatlara və jurnalistlərə yaxınlaşan məhkumlar sonradan cəzalandırılıb.

Belə ki, fürsətdən istifadə edib deputatlara və jurnalistlərə yaxınlaşaraq azadlığa çıxmaları üçün hüquqi kömək edilməsini xahiş edən və məktublar verən məhkumların bu davranışı onlara baha başa gəlib.

Həmin məhkumlar saxlanıldıqları müəssisənin cəza kamerasına salınıb.

Müalicə Müəssisəsində olanların isə müayinə və müalicəsi yarımçıq saxlanılıb və onlar cəzaçəkmə müəssisələrinə qaytarılıb.

DİA.AZ bildirir ki, cəzalanan məhkumlar arasında hazırda həbsdə tutulan jurnalist Sənan Abdullayev (Sənan Həsənoğlu) də var. Yaxınları bildiriblər ki, deputat Bəhruz Məhərrəmovla görüşdüyünə görə, jurnalist saxlanıldığı müalicə müəsissəsindən Kürdəxanıya “etap olunub”. Jurnalistin yaxınları soruşurlar ki, deputatla görüşmək nə zamandan qadağan olunub…

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …