Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / TƏBİB rəsmisi Romanovlar sülaləsinə məxsus antikvar kəməri necə əldə edib?

TƏBİB rəsmisi Romanovlar sülaləsinə məxsus antikvar kəməri necə əldə edib?


“Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində  ( keçmiş  Sumqayıt  Səhiyyə şöbəsində  ) baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. 
Bu barədə bir neçə gün öncə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən yayılan xəbərdə deyilir ki,   “Sumqayıt Tibb Mərkəzi”  PHŞ tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. 
Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bura qədər yazılanlar rəsmi məlumatdır. 
Məlumat üçün onu qeyd edək ki, 2019-cu ildən Sumqayıt Səhiyyə Şöbəsinə Səkinə Sadıxova rəhbərlik edib. Sonradan Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında yeddisi Ailə Sağlamlıq Mərkəzi  və dördü şəhər xəstəxanası olmaqla 18 tibb müəssisəsindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb. Və Səkinə Sadıxova  Mərkəzin direktoru olub. 
Təsəvvür edirsiniz, Səkinə Sadıxova 300 min əhalisi olan Sumqayıt şəhərinin səhiyyəsinə görə məsuliyyət  daşıyır, tabeçiliyində  7 Sağlamlıq Mərkəzi,  18 tibb müəssisəsi, Təcili Yardım  və s. İndi özünüz  Səkinə Sadıxovanın  yığdığı rüşvətin miqyasını  təsəvvür edin. 
Səkinə Sadıxova  Sumqayıt Şəhərindəki  Təcili Yardım stansiyasına ayrılan vəsaiti, yanacağı, nə bilim ehtiyat hissələrinin pulunu məmisəyirdi  və bütün xərcləri yıxırdı sürücülərin üstünə.

Səkinə Sadıxova Sumqayıtdakı xəstəxanalarda istədiyi adamı çıxarıb pul alaraq başqasını təyin edirdi. Baş həkimlər etiraz edəndə onları vəzifədən çıxarmaqla hədələyirdi. Bu adam həkimlərin pulu hesabına özünə bahalı, təmtəraqlı ad günləri keçirir, bahalı imperator kəməri taxaraq fotosessiya göstərirdi. 
İstər-istəməz  sual doğurdu ki,  dövlətdən konkret maaş alan Səkinə Sadıxova belə bahalı məclisi hansı pulla keçirir..? Hətta  deyilənə görə,  Səkinə Sadıxovanın  belindəki kəmər  Rusiya İmperiyasının çarı II Nikolayin, həyat yoldaşının, imperatriçanın kəməri imiş. 


Bəli, Səkinə Sadıxova  Romanovlar sülaləsinə məxsus  antikvar kəməri necə əldə edib, neçə milyon xərcləyib, bunu qoy dövlət qurumları araşdırsın… Redaksiyamıza  daxil olan məlumata görə, kəmər  713 min dollara başa gəlib. Həkim  həmkarları deyir ki, biz bilmirik Səkinə səhiyyə rəhbəridir, yoxsa, modeldir. Səkinə Sadıxova  qısa vaxtda  kadr yerdəyişmələri, təqaüd yaşına çatan həkimlərin müddətinin uzadılması  adı altında yüz minlərlə pul yığıb. 
Səkinə Sadıxova  2021-2022-ci illərdə  saxta tenderlər  keçirib və yüz minlər mənimsənilib. Və hər kəsə də deyir ki, dalımda  TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müavini  Araz  Nəsirov dayanıb. Məlumat  üçün qeyd edək ki, Araz Nəsirov 2018-2022-ci illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub, hazırda TƏBİB-in icraçı direktorunun müavinidir. 
Sözün qısası, Sumqayıt şəhər səhiyyəsinin başına oyunlar açan Səkinə Sadıxovanın həbsi qaçılmazdır. Adam istəyir deyə ki, avazın yaxşı gəlirdi Səkinə, deyirdin dalımda Araz dayanır… Amma Səkinə Sadıxova TƏBİB-in icraçı direktorun müavini Araz Nəsirova o qədər arxayın olub ki, Sumqayıt Səhiyyəsində istədiyini edib. Çünki, Araz Nəsirov həmişə Səkinə Sadıxovaya deyirmiş ki, biz təzə komandadanıq bizə heç kim heçnə etməz. Nə istəyirsiz onu da edin. Burada söhbət qanunsuz əməllərdən gedir.  (gundelik-baki.com)

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …